lider-media.az

Xətai rayonunda “Konstitusiya və Suverenlik ili” çərçivəsində ümumrayon iməcliyi və ağacəkmə aksiyası təşkil olunub

Baxış: 146 Tarix: 12-04-2025, 18:31

Aprelin 12-də Xətai rayonunda “Konstitusiya və Suverenlik ili” çərçivəsində ümumrayon iməcliyi və ağacəkmə aksiyası təşkil olunub. Aksiyada rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, rayon idarə-müəssisə kollektivləri, rayon bələdiyyələri, rayon ağsaqqalları, şəhid ataları və sakinlər iştirak ediblər. Ümumrayon iməcliyində rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin, rayon üzrə xidmət göstərən idarə-müəssisə və təşkilatların, təhsil, səhiyyə müəssisələrinin əməkdaşları iştirak ediblər. H.Əliyev parkında və 8 Noyabr prospektində təşkil olunan ağacəkmə aksiyasında əraziyə ağaclar əkilərək suvarılıb və onlara aqrotexniki qulluq göstərilib. Ağacəkmə aksiyalarının keçirilməsində məqsəd yaşıllıq zolaqlarını genişləndirmək, ekoloji sabitliyin qorunması, şəhərin ekoloji tarazlığını bərpa etmək və insanlar arasında təbiətə qayğı hissini təbliğ etməkdir. Mövsüm ərzində Xətai rayonunda ərazinin yaşıllaşdırılması, yeni ağacların əkilməsi, yaşıllıqlara qulluq və abadlıqla bağlı iməcliklər davam etdiriləcəkdir


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi