lider-media.az

“Məşğulluğa dəstək layihəsi” üzrə görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Baxış: 118 Tarix: 16-04-2024, 17:51

Layihə üzrə artıq 15 mindən çox benefisiar kiçik bizneslərini qurmaq üçün müvafiq avadanlıqlarla təmin edilib


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Məşğulluğa dəstək Layihəsi” üzrə artıq 15 mindən çox benefisiar kiçik bizneslərini qurmaq üçün müvafiq avadanlıqlarla təmin edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Lider-media.az-a verilən məlumata görə, bu barədə Dünya Bankının həmin layihə üzrə missiyası ilə keçirilən görüşdə qeyd olunub.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, aztəminatlı ailələrin üzvləri və digər həssas qruplardan olan, işsiz kimi qeydiyyata alınmış şəxslərin kiçik biznesə çıxışının dəstəklənməsində “Məşğulluğa dəstək layihəsi”nin əhəmiyyətini vurğulayıb.

Layihənin özünüməşğulluq proqramının əhatə dairəsinin genişləndirilməsinə mühüm dəstək olduğu və 22 min şəxsə şamil olunmasının nəzərdə tutulduğu bildirilib.

Qeyd edilib ki, layihə çərçivəsində biznes təlimlərlə yanaşı, mentorluq xidmətlərinin icrasına da başlanılıb. “Məşğulluğa dəstək layihəsi” barədə məlumatlılıq səviyyəsinin artırılması üçün Bakı və bölgələrdə ardıcıl olaraq ictimai dinləmələr keçirilir.

Görüşdə layihə üzrə görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi