lider-media.az

FHN-in Muğan Regional Mərkəzi Nazirliyin yaradılmasının 20 illiyinə həsr olunmuş futzal çempionatı keçirib

Baxış: 86 Tarix: 12-04-2025, 09:25

Salyan rayon Olimpiya İdman Kompleksində Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 20 illiyinə həsr olunmuş futzal çempionatı keçirilib. FHN-in Muğan Regional Mərkəzinin təşkilatçılığı ilə keçirilmiş çempionatda Nazirliyin regionda fəaliyyət göstərən qurumlarını təmsil edən səkkiz komanda qüvvəsini sınayıb.

Aprelin 11-də çempionatın final oyunu və qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

Çempionatın finalında Muğan Regional Mərkəzinin komandası ilə Dövlət Yanğından Mühafizə Xidmətinin Salyan rayon Yanğından Mühafizə Hissəsinin komandası qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən oyunda Muğan Regional Mərkəzinin komandası qalib gələrək çempion adını qazanıb.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan mükafatlandırma mərasimdə çıxış edən Muğan Regional Mərkəzinin rəisi polkovnik Vüqar Ağayev Ulu Öndər Heydər Əliyev və onun mütərəqqi siyasətinin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyev tərəfindən vətəndaşların həyat fəaliyyətinin təhlükəsizliyinin təmin olunması ilə bağlı həyata keçirilmiş sistemli və intensiv islahatlardan danışıb, bu çərçivədə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində Nazirlik tərəfindən görülən təxirəsalınmaz tədbirlərin əhəmiyyətindən söz açıb. Mərkəz rəisi qalibləri təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb.

Qeyd edək ki, qalib komandaya kubok, medal və diplom təqdim olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi