lider-media.az

Toy karvanında qaydaları kobud pozan sürücülər məsuliyyətə cəlb edilib

Baxış: 259 Tarix: 11-04-2025, 19:05

Bakı Şəhər DYP İdarəsinin məlumatına əsasən, Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı toy karvanında avtoxuliqanlıq etməklə digər hərəkət iştirakçılarına təhlükə yaradan, nəqliyyat vasitəsində konstruksiya dəyişikliyinə yol verən, dövlət qeydiyyat nişanı olmadan avtomobil idarə edən və digər kobud qayda pozuntusu törədən 7 sürücü müəyyən olunaraq saxlanılıb.

Avtoxuliqanlıq edən “VAZ-21214” markalı, 77-TH-109 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib və məhkəmənin də qərarı ilə onun sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 500 manat məbləğində cərimə olunub. 

Həmçinin “Chevrolet” markalı, 77-NT-048, “VAZ-2107” markalı, 77-EH-807”, “Khazar” markalı, 90-YN-188, “Ravon” markalı, 77-MV-697, “Lada” markalı, 77-YC-121, “Daewo” markalı, 99-RC-693 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin sürücüləri barəsində isə  İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə qanunamüvafiq tədbirlər həyata keçirilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi