lider-media.az

“Yaradıcı müzakirələr” layihəsinə qeydiyyat başlayıb

Baxış: 140 Tarix: 16-04-2024, 11:10

“Yaradıcı müzakirələr” layihəsinə qeydiyyat başlayıb


Mədəniyyət Nazirliyinin təsis etdiyi “Yaradıcı müzakirələr” layihəsi davam edir. Layihə paytaxtda və regionlarda mədəniyyət və yaradıcılıq sahələrində bacarıqların inkişafını təşviq edən maarifləndirici təşəbbüsdür və yaradıcı subyektlərin formalaşmasını dəstəkləmək məqsədilə həyata keçirilir.

Nazirlikdən verilən məlumatda bildirilib ki, layihə çərçivəsində 10-dan çox yaradıcı klaster üzrə seminar, ustad dərsləri, tanınmış şəxslərlə görüş və təlimlər təşkil olunacaq.

Cari ilin mayında yenidən reallaşacaq “Yaradıcı müzakirələr” ilkin mərhələdə Quba, Gəncə, Mingəçevir, Şəki və Şamaxı şəhərlərini, daha sonra sentyabr və oktyabrda Lənkəran, Naxçıvan, Sumqayıt, Bakı və Şuşa şəhərlərini əhatə edəcək.

Ümumilikdə, sessiyalar kino, teatr, rəsm, dizayn, xalçaçılıq, kulinariya, animasiya, virtual oyun biznesi, yaradıcı startaplar, fotoqrafiya, musiqi, bədii şüşə sənəti, dəb və digər mövzuları üzrə olacaq.

Quba, Gəncə, Mingəçevir, Şəki və Şamaxıda keçirilən sessiyalara qeydiyyat başlayıb və aprel ayı ərzində qeydiyyatdan keçmək mümkündür.

Qeyd edək ki, 2023-cü ildə Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə keçirilən layihə çərçivəsində on regionda yüz maarifləndirici tədbir təşkil edilib. Tədbirlərə 3000-ə yaxın iştirakçı qatılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi