lider-media.az

Bakıda 6-cı Beynəlxalq Süni İntellekt və Big Data Forumu keçirilir

Baxış: 293 Tarix: 11-04-2025, 11:45

Bakıda 6-cı Beynəlxalq Süni İntellekt və Big Data Forumu keçirilir.

Forumun əsas məqsədi süni intellekt və böyük verilənlər sahəsindəki ən son yenilikləri müzakirə etmək, bu sahədə beynəlxalq əməkdaşlığı gücləndirmək, akademik, sənaye və dövlət sektoru arasında əlaqələrin möhkəmləndirməkdir.

ADA Universitetində keçirilən forumda Kolumbiya Universiteti, Florida Texnologiya İnstitutu, Nyu-York Universiteti və Tallin Texnologiya Universitetinin nüfuzlu professorları iştirak edirlər.

Tədbirin rəsmi açılışından sonra “Neurotime” şirkətinin baş direktoru Vüqar Cavadov və həmtəsisçisi Samir Rüstəmov “Akademiya və sənayenin qovşağında süni intellekt” mövzusunda təqdimatla çıxış ediblər.

Forumda sahənin tanınmış şirkət rəhbərləri də iştirak edirlər.

Tədbir panel müzakirələrlə davam edəcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi