lider-media.az

6-cı Beynəlxalq Süni İntellekt və Big Data Forumu 11 aprel tarixində Bakıda keçiriləcək

Baxış: 177 Tarix: 9-04-2025, 10:14


Azərbaycanda süni intellekt sahəsində qabaqcıl şirkətlərdən biri olan “Neurotime” və ADA Universitetinin təşkilatçılığı ilə keçiriləcək 6-cı Beynəlxalq Süni İntellekt və Big Data Forumu bu il ADA Universitetinin ev sahibliyində baş tutacaq. Beynəlxalq Süni İntellekt və Big Data Forumu — süni intellektin bu günü və gələcəyi ilə bağlı qlobal müzakirələrin aparıldığı, onun cəmiyyətə, iqtisadiyyata və texnologiyaya təsirinin təhlil olunduğu nüfuzlu platformadır. Forumda ADA Universiteti, Florida Texnologiya İnstitutu, Nyu York Universiteti, Tallinn Texnologiya Universiteti və Kolumbiya Universitetinin professorları çıxış edərək, innovasiyalar və süni intellektin gələcək perspektivləri barədə dəyərli bilik və təcrübələrini bölüşəcəklər.

Tədbir çərçivəsində süni intellekt və Big Data sahəsindəki ən son texnoloji yeniliklər, elmi nailiyyətlər və innovativ həllər təqdim olunacaq. Forum yerli və beynəlxalq mütəxəssislər, tədqiqatçılar, sahibkarlar və dövlət nümayəndələrinin iştirakı ilə müxtəlif sahələrdə süni intellektin tətbiqi imkanlarının geniş şəkildə müzakirə olunacağı panel sessiyalarla zəngin olacaq. Bununla yanaşı, Azərbaycanda süni intellektin sənaye, səhiyyə, media, təhsil, kənd təsərrüfatı və digər sahələrdə tətbiqi üzrə mövcud imkanlar və gələcək perspektivlər də Forumun əsas mövzuları arasında yer alacaq.

6-cı Beynəlxalq Süni İntellekt və Big Data Forumu, Azərbaycanın süni intellekt və rəqəmsal transformasiya sahəsində regional liderliyə doğru atdığı növbəti mühüm addım kimi qiymətləndirilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi