lider-media.az

QRİP VƏ YAZ ALLERGİYASININ FƏRQİ

Tarix: 16-04-2024, 09:46

Yaz aylarının gəlişi ilə allergiyadan əziyyət çəkənlərin narahatlığı başlayır. Çox vaxt allergiya burun axması, çoxlu asqırma və göz qaşınması kimi əlamətlərlə müşahidə edildliyinə görə qripə bənzəyir. Yaz fəslinin gəlişi ilə mövsümü allergiya da baş qaldırır.

Allergiya fərqli xüsusiyyətə malikdir. Məsələn, qida allergiyası zamanı buna səbəb olan qida məhsulu rasiondan çıxarılandan sonra şikayətlər aradan qalxır. Ağacların çiçəkləməsi, təbiətdə gedən tozlanma prosesinə qarşı allergiyası olanların işi daha çətin olur. Lakin bəzən allergiya ilə qripi dəyişik salanlar da olur.

Lider-media.az xəbər verir ki, həkim-terapevt Zakir Quliyev bu iki xəstəlik arasındakı fərqlərdən bəhs edərkən deyib: “Qrip xəstəliyi zamanı bədən ağrıları daha ön planda olduğu halda, allergiyada belə olmur. Allergiyada qriplə müqayisədə asqırmalar daha tez-tez olur. Allergiya ilə əlaqədar xəstəliklərdə qızdırma halları da o qədər müşahidə edilmir. Bədəndə ağrıların və qızdırma hallarının ön planda olması daha çox virus mənşəli, yaxud digər respirator xəstəliklə əlaqədardır”.

Həkimlərin dediyinə görə, allergiyanın tam müalicəsi yoxdur. Başqa bir hal xəstəliyin bəzən uzun müddət davam etməsidir, mütəxəssislərin fikrincə, buna səbəb allergiyaya meylli olanların özləri istəməsə də, onu yaradan səbəblərlə daim təmasda olmasıdır.

Yeri gəlmişkən, Ümumdünya Səhiyyə Təşkilatının bununla bağlı xəbərdarlığı da narahatedicidir. Təşkilat əsrimizin allergik xəstəliklər əsri olacağı barədə xəbərdarlıq edir. Proqnozlara görə, hazırda planetin hər beş sakinindən biri allergiya problemi ilə üzləşir. Dünya üzrə son 20 ildə allergiyadan əziyyət çəkənlərin sayı üç-dörd dəfə artıb. Təəssüf ki, əksər hallarda allergiyanın ağır formasına rast gəlinir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi