lider-media.az

Müasir tikililər paytaxt Bakını daha da gözəlləşdirir

Baxış: 64 Tarix: 10-04-2025, 09:10

                                                                                                                                          10 Aprel İnşaatçılar Günüdür

 

Vaxtilə insanların Qara, indi isə Ağ şəhər kimi tanıdıqları ərazinin uzun illər bərbad bir vəziyyətdə olduğunun şahidiyəm. Həmin ərazidə fəaliyyət göstərən zavod, fabrik və istehsalat müəssisələrinin sayı yüzlərlə olsa da nə vaxtsa köçürülüb, yerində müasir üslübda yaşayış və inzibati binaların tikilib istifadəyə veriləcəyini təsəvvür etmək qeyri-mümkün idi. Çoxları bura yaxın olan  evlərini dəyər-dəyməzinə satıb uzaqlaşırdılar. Hətta gecə saatlarında, xüsusilə yay aylarında Babək prospektinə doğru  yerləşən kolbasa və qənd sexlərindən gələn üfunət sanki baş çartladırdı. Benzin və neft çənlərinin qoxusu da bir yandan. O vaxtlar “Buradan köçüb gedirəm, vay qalanların halına”-, deyənlərlə də rastlaşardıq. Gecə saatlarında isə buradan keçib hərəkət etmək müşkül məsələyə çevrilmişdi.

Builki Novruz bayramının uzun müddətli tətil günlərində Ağ şəhərin ərazisində gəzişir, yüksək zövqlə tikilib istifadəyə verilən binalara tamaşa edirdim. Yol-yoldaşım Əli Məmmədov təcrübəli bir tikinti mütəxəssisi kimi köhnə binalarla indiki tikililəri müqayisə edir, ötən illər ərzində paytaxtın neçə dəyişdiyini dəyərləndirir, xüsusilə layihələrin möhtəşəmliyindən söz açırdı. Uzun illər tikinti sahəsində çalışan Əli müəllim indi də paytaxtda fəaliyyət göstərən şirkətlərin birində aparıcı mütəxəssis işləyir. “Vaxtilə yaşayıb sonradan tərk etdiyimiz ərazilər gör necə gözəlləşib. Dənizdən saçan o mavi gözəllik də ki, bir yana”-deyə söhbətə başlayır:

 -Tikililər bir-birindən gözəl memarlıq üslubunda layihələndirilməklə belə bir şəhər salınıb. Çoxu da hündür olmayan binalardır. Hava bir az qaralan kimi, buradakı  mənzərə şəhərə xüsusi gözəllik verir. Elə almaq üçün boş mənzil tapmaq da müşkül məsələdir. Gəzdikcə sanki özünü hansısa bir xarici ölkədə təsəvvür edirsən. Qayda-qanunla, sıralama ilə tikilən bütün binalar bir birindən fərqlənir. Burada qurulan infrastruktur da təqdirəlayiqdir. Sovet dövründə tikilən binalar demək olar ki, istismar müddətini başa vurub. Əgər hansısa bir yeni tikililin yanında varsa  gözəlliyə xələl gəirir. Bu inkar olunmaz bir faktdır. “Azdrama”nın ön və arxa hissəsindəki vaxtilə plansız və şəhərə xələl gətirən yaşayış evləri hər birimizin yadlndadır. İndi orada yaradılan Qış parkı, yaşıllıqlar

şəhərimizə xüsusi gözəllik verir. İşimlə əlaqədar xarici dövlətlərdə tez-tez oluram. Orada köhnə tikililərə rast gəlmək qeyri mümkündür. Bizdə də bu prosesə artıq başlanılıb. Təxminən on il ərzində Bakı tamamilə görkəmini dəyişəcək.     

Bütün bunları qələmə almaqda əsas məqsəd 10 aprel tarixinin ölkəmizdə inşaatçıların peşə bayramı günü kimi qeyd olunmasıdır. Bu gün sözsüz ki, bu, dövlət tərəfindən inşaat sahəsində çalışanların əməyinə verilən böyük dəyərdir. Respublikamızda tikinti işləri ötən əsrin sonlarından etibarən geniş vüsət almış, qiymətli memarlıq abidələri kimi qorunan yüzlərlə yaşayış binası və sosial obyekt inşa edilmişdir. Odur ki, özündə Şərq və Qərb memarlığının nadir nümunələrini birləşdirən Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilmişdir.

Ölkəmizdə yenidənqurma, quruculuq işləri bu gün uğurla davam etdirilir. Aparılan tikintilərdə Azərbaycan memarlığının heç zaman bitib tükənməyən milli ruhu, koloriti və daimi müasirliyi öz əksini tapır. Eyni zamanda müasirliklə milliliyin vəhdəti, tarixi ənənələrin davam etdirilməsi hazırlanan layihələrdə yaşadılır, milli üslubda iş görülür.     

Odur ki, paytaxt Bakı hər zaman tarixi və diqqətçəkən tikililəri ilə göz oxşayıb. Müstəqillik qazanandan sonra da Bakının ən görkəmli yerlərində gözəl memarlıq kompleksləri yaradılıb, şəhərin simasını müəyyən edən müasir binalar, göydələnlər tikilib. İllər ötdükcə bu siyahıya zamanla yeni-yeni möhtəşəm və bənzərsiz abidələr də əlavə olunub.  Xüsusilə,  Ulu öndərimizin adını daşıyan Heydər Əliyev Mərkəzi dünya memarlığının incilərindən sayılır  və müasir Bakının rəmzlərindən biri hesab olunur. Mərkəz müasirliyi və yeniliyi özündə təcəssüm etdirən unikal arxitektur quruluşa malikdir. Azərbaycan muğamının dünyada geniş təbliği məqsədi ilə yaradılan, Dənizkənarı Milli parkda yerləşən, Avropa standartları ilə inşa edilən Beynəlxalq Muğam Mərkəzi də paytaxtımızın gözəlliyini daha da artırır.

Həmçinin yuxarıda az da olsa haqqında söhbət açdığımız "Bakı Ağ Şəhər" layihəsi şəhərin müasirliyinə öz töhfələrini verə biləcək bir memarlıq nümunəsidir. Müasir, gözəlliyinə görə seçilən binalar Bakının çoxəsrlik tarixi olan mövcud memarlığına harmonik şəkildə qarışır və paytaxtı daha da gözəlləşdirir. Siyahıya müasir memarlıq üslubu ilə fərqlənən və xüsusi gözəlliyi ilə seçilən Heydər Əliyev prospektində yerləşən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR), Neft Fondunun, İqtisadiyyat Nazirliyinin  inzibati binalarını əlavə emək olar.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar-fevral aylarında əsas kapitala 2008,9 milyon manat məbləğində investisiya yönəldilmişdir. İstifadə olunmuş investisiyanın 296,8 milyon manatı yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş investisiyaların 1422,4 milyon manatını və ya 70,8 faizini daxili investisiyalar təşkil etmişdir. Əsas kapitala yönəldilmiş investisiyaların 1558,0 milyon manatı və ya 77,6 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. Göründüyü kimi, rəqəmlər də  ölkəmizdə bu sahənin inkişafından və dövlətin diqqət mərkəzində olmasından xəbər verir.

 44 günlük Vətən müharibəsindən ötən beş ilə yaxın vaxt ərzində işaldan azad olunmuş torpaqlarımızda tikinti-quruculq işləri geniş vüsət alıb. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda yeni yaşayış massivləri salınır, yerlə-yeksan edilmiş şəhərlərimiz bərpa olunur, bütün zəruri infrastrukturlar yaradılır.  İllərdir düşmənin yağmaladığı, dağıdaraq viran qoyduğu bu yerlər müasir, yaraşıqlı şəhər, qəsəbə və kəndlərlə əvəz olunur.  Bu proses sürətlə davam edir və demək olar ki hər ay köç karvanı yola salınır, insanlar doğma ocaqlarına dönürlər.

M.Mirzə ,

Xüsusi olaraq Lider-Media.az üçün.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi