lider-media.az

Martda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 32 mindən çox müraciət daxil olub

Baxış: 128 Tarix: 8-04-2025, 13:22

2025-ci ilin mart ayında İqtisadiyyat Nazirliyinin 195-1 Çağrı Mərkəzi tərəfindən 27 344 canlı rejimdə, qalanları isə səsli menyu xidməti vasitəsilə olmaqla ümumilikdə 32 444 xidmət göstərilib.

Müraciətlər əsasən sahibkarlıq fəaliyyəti, lisenziyaların verilməsi, vergilərin ödənilməsi, vergi ödəyicisinin hüquq və vəzifələri, daşınmaz əmlakın dövlət qeydiyyatına alınması, dövlət əmlakının özəlləşdirilməsi, həmçinin İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə və fəaliyyət istiqamətlərinə dair digər məsələləri əhatə edib.

Daxil olan müraciətlərin əksər hissəsi cavablandırılıb, araşdırma tələb edən müraciətlər üzrə Nazirliyin aidiyyəti strukturları tərəfindən müvafiq tədbirlər görülüb.

Qeyd edək ki, vətəndaşların İqtisadiyyat Nazirliyinə və qurumlarına müraciətini asanlaşdırmaq, operativliyi və məmnunluğu artırmaq məqsədilə yaradılmış 195-1 Çağrı Mərkəzinə ölkənin istənilən bölgəsindən stasionar telefonla birbaşa və ödənişsiz zəng etmək mümkündür.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi