lider-media.az

Petersberq İqlim Dialoqu çərçivəsində Azərbaycanın sədrlik etdiyi COP29-un uğurlarından bəhs olunub

Baxış: 316 Tarix: 3-04-2025, 11:21

Petersberq İqlim Dialoqu çərçivəsində Azərbaycanın sədrlik etdiyi COP29-un uğurlarından bəhs olunub VİDEO

Petersberq İqlim Dialoqu çərçivəsində Almaniyanın xarici işlər naziri Annalena Berbok, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP) 30-cu sessiyasının müəyyən olunmuş prezidenti Andre Korrea və Avropa İttifaqının iqlim fəaliyyəti üzrə komissarı Vopke Hukstranın iştirakı ilə təşkil edilmiş birgə mətbuat konfransında Azərbaycanın sədrliyi və ev sahibliyi ilə keçirilmiş COP29 zamanı qazanılan tarixi nailiyyətlərdən növbəti dəfə danışılıb.

Mətbuat konfransında komissar Vopke Hukstra COP29 zamanı 100 milyard dollarlıq maliyyə hədəfini üç dəfə artırmaqla bağlı çətin, bir o qədər də tarixi qərarın verildiyini və bununla iqlim maliyyəsi sahəsində yeni bir eranın başlanğıcının qoyulduğunu diqqətə çatdırıb.

O, həmçinin cari ildə Braziliyanın Belem şəhərində keçiriləcək COP30-un Paris Sazişinin tam icrasına, habelə COP28 və COP29 zamanı əldə edilən uğurların daha da möhkəmləndirilməsinə sadiqliyi təsdiqləmək şansı olduğunu bildirilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi