lider-media.az

DƏMX “Asiya Mükafatı” beynəlxalq qiymətləndirmə müsabiqəsində 2 mükafata layiq görülüb

Baxış: 408 Tarix: 1-04-2025, 16:53

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) Asiya-Sakit Okean regionu üzrə keçirilən nüfuzlu “Asiya Mükafatı” beynəlxalq qiymətləndirmə müsabiqəsində iki mükafata layiq görülüb. 

Xidmətin 2024 və 2025-ci illər üzrə fəaliyyəti və əldə etdiyi nailiyyətləri barədə təqdim olunan iş müsabiqənin münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib.

DƏMX müsabiqədə “Asiyanın Ən Yaxşı Dövlət Əmək Müfəttişliyi Xidməti Mükafatı” və “Asiyanın Ən Yaxşı Əməyin Mühafizəsi Mərkəzi Mükafatı” nominasiyayaları üzrə fərqlənib və adı qaliblər sırasına daxil edilib.  (https://www.asiaawards.org/country/azerbaijan-awards )

Müsabiqədə Azərbaycanla yanaşı, Avstraliya, Sinqapur, Cənubi Afrika, Braziliya və digər bir sıra ölkələrdən 50-dən çox layihə iştirak edib.
 



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi