lider-media.az

Fransada fermerlər traktorlarla etiraz aksiyası keçirib

Baxış: 250 Tarix: 11-04-2024, 16:19

Fransanın cənub-qərbində yerləşən Montoban şəhərində 150 ​​fermer gecə saatlarında traktorlarla etiraz aksiyası keçirib, onlar yerli hökumət binası yaxınlığına tullantı və təkər atıblar.

Lider-Media.az xəbər verir ki, bu barədə cümə axşamı “Depeche” nəşri məlumat yayıb.

“Çərşənbə günü axşam saatlarında nümayişçilər yenidən müxtəlif dövlət xidmətlərinin ofislərinin qarşısına toplaşıblar. Yanvar və ya fevral aylarında keçirilmiş əvvəlki nümayişlərdə olduğu kimi, yenə ətrafa müxtəlif tullantılar atılıb”, - məqalədə deyilir.

Nəşr yazır ki, hökumət binaları yaxınlığında asayişi təmin etmək üçün xüsusi təyinatlı dəstənin (CRS) xeyli sayda polis əməkdaşı cəlb edilib.

“Amma fermerlər yoluna davam edərək yalnız bir neçə hüquq-mühafizə əməkdaşının olduğu Ərazi Planlaşdırması İdarəsinə doğru hərəkət ediblər. Etirazçılar əvvəlcədən quraşdırılmış beton maneələr səbəbindən idarənin əsas girişinin yerləşdiyi küçəyə daxil ola bilməyiblər, bundan sonra bir qrup nümayişçi ağac kötükləri ilə binanın digər qapısını sındırıb içəri daxil olmaq istəyiblər”, - nəşr vurğulayıb.

İstəklərinə nail olmayan fermerlər sonda bir neçə yük maşınının içindəki tullantıları küçənin əvvəlinə və sahilyanı əraziyə atıblar, bir saat sonra yenidən prefektura binasına doğru yollanıblar və burada etirazlarını davam etdiriblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi