lider-media.az

Ədliyyə naziri Yardımlıda vətəndaşların müraciətlərini dinləyib

Baxış: 581 Tarix: 10-04-2024, 15:40

Nazirliyin mətbuat xidmətindənLider-Media.az-a bildirilib ki, aprelin 9-da ədliyyə naziri Fərid Əhmədov Yardımlı rayonunda Yardımlı, Masallı, Cəlilabad və digər rayonlardan olan vətəndaşların müraciətlərini dinləyib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib.

Nazir görüşə gələn vətəndaşların, o cümlədən şəhid ailələrinin və müharibə veteranlarının ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərini dinləyib, digər qayğıları ilə maraqlanıb. Qaldırılan məsələlərin bir qismi yerində həll olunub, digərləri isə araşdırılması üçün nəzarətə götürülərək nazirliyin qəbulda iştirak edən aidiyyəti əməkdaşlarına tapşırıqlar verilib.

Vətəndaşlar onlara göstərilən diqqət və qayğıya, yerlərdə mütəmadi qəbulların təşkilinə görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.

Səfər zamanı, həmçinin nazirliyin yerli qurumlarına və məhkəməyə baş çəkilib, infrastruktur və iş şəraiti ilə tanışlıq olub. Ədliyyə işçilərinə fəaliyyətin müasir çağırışlara uyğun təşkili ilə bağlı tapşırıq və tövsiyələr verilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi