lider-media.az

Ağdaşda özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub

Baxış: 121 Tarix: 19-03-2025, 08:52

Ötən dövrdə özünüməşğulluq proqramı çərçivəsində Ağdaş  rayonunda 800-dək şəxs üçün kiçik təsərrüfatlar qurulub.

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev və Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə özünüməşğulluq proqramı çərçivəsində rayon sakinləri müharibə veteranı Mahmudov Mahmud Zaur oğlu və Qarayev Pərviz Mustafa oğlu üçün qurulmuş kiçik təsərrüfatlara baxış keçiriblər. 

Özünüməşğulluq proqramının dəstəyi ilə aktivlər verilməklə M.Mahmudov üçün qapı və pəncərə istehsalı, P.Qarayev üçün isə avtoçilingər xidmətləri üzrə kiçik təsərrüfatlar qurulub.  Onlar işsiz və işaxtaran şəxslərin kiçik biznesə çıxışına imkan yaradılması, öz təsərrüfatlarını yaratmaları üçün göstərilən dəstəyə görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər. 

Qeyd  edək ki, ötən dövrdə özünüməşğulluq proqramı çərçivəsində Ağdaş rayonunda 800-dək şəxs üçün kiçik təsərrüfatlar qurulub. 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi