lider-media.az

Hacıqabulda özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub

Baxış: 159 Tarix: 31-01-2025, 19:44

Ötən dövrdə Hacıqabul rayonunda 1000-dək şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar yaradılıb.Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov özünüməşğulluq proqramı çərçivəsində Hacıqabul rayon sakinləri -  Qarayev Məhəmməd Nuşirəvan oğlu və Mənafova Aynurə Bilal qızı üçün qurulmuş kiçik təsərrüfatlara baxış keçiriblər.

Proqram çərçivəsində verilmiş aktivlər hesabına M.Qarayev avtotəmizləmə xidmətləri üzrə, A.Mənafova isə dərzi sexini yaratmaqla kiçik bizneslərini qurublar. Onlar işsiz və işaxtaran şəxslərin məşğulluq imkanlarının artırılması, habelə kiçik bizneslərini qurmaları üçün göstərilən dəstəyə görə dövlət başçısına təşəkkürlərini ifadə ediblər. Verilmiş aktivlərdən düzgün istifadə edərək kiçik bizneslərini inkişaf etdirməyə çalışdıqlarını bildiriblər. 

Qeyd edək ki, ötən dövrdə Hacıqabul rayonunda 1000-dək şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar yaradılıb.
Hacıqabulda özünüməşğulluq proqramı çərçivəsində  qurulmuş təsərrüfatlara baxış olub

Hacıqabulda özünüməşğulluq proqramı çərçivəsində  qurulmuş təsərrüfatlara baxış olub
Hacıqabulda özünüməşğulluq proqramı çərçivəsində  qurulmuş təsərrüfatlara baxış olub
Hacıqabulda özünüməşğulluq proqramı çərçivəsində  qurulmuş təsərrüfatlara baxış olub


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi