lider-media.az

Naftalanda özünüməşğulluq proqramı üzrə qurulmuş təsərrüfatlara və Reabilitasiya Mərkəzinə baxış olub

Baxış: 133 Tarix: 28-02-2025, 16:42

Naftalanda özünüməşğulluq proqramı üzrə qurulmuş təsərrüfatlara  və Reabilitasiya Mərkəzinə baxış olub Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev və Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov özünüməşğulluq proqramı çərçivəsində Naftalan şəhər sakinləri Qurbanov Rövşən İsmayıl oğlu və Cuquyeva Asudə Mürşüd qızı üçün qurulmuş kiçik təsərrüfatlara baxış keçiriblər.Özünüməşğulluq proqramı əsasında verilmiş aktivlər hesabına R.Qurbanov “Poliqrafiya xidmətləri”, A.Cuquyeva isə “Qadın gözəllik salonu” zərfi üzrə təsərrüfatlarını qurublar. Onlar işsiz və işaxtaran şəxslər

ə kiçik bizneslərini yaratmaları üçün göstərilən dəstəyə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər. Qeyd edək ki, ötən dövrdə Naftalanda 224 şəxs özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlarını qurub.A.Əliyev və V.Novruzov Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Naftalan Reabilitasiya Mərkəzinə də baxış keçiriblər.Müasir tibbi-reabilitasiya avadanlıqları ilə təchiz edilmiş müəssisədə Naftalan şəhərində və ətraf rayonlarda yaşayan əlilliyi olan şəxslərə effektiv fizioterapevtik üsullarla kompleks tibbi, sosial-psixoloji reabilitasiya xidmətləri göstərilir. Burada Naftalan nefti ilə sınanmış müalicə prosedurları da tətbiq edilir. Mərkəzdə yaradılan şərait, əlilliyi olan şəxslərə göstərilən xidmətlər nəzərdən keçirilib. 

Naftalanda özünüməşğulluq proqramı üzrə qurulmuş təsərrüfatlara  və Reabilitasiya Mərkəzinə baxış olub
Naftalanda özünüməşğulluq proqramı üzrə qurulmuş təsərrüfatlara  və Reabilitasiya Mərkəzinə baxış olub
Naftalanda özünüməşğulluq proqramı üzrə qurulmuş təsərrüfatlara  və Reabilitasiya Mərkəzinə baxış olub
Naftalanda özünüməşğulluq proqramı üzrə qurulmuş təsərrüfatlara  və Reabilitasiya Mərkəzinə baxış olub
Naftalanda özünüməşğulluq proqramı üzrə qurulmuş təsərrüfatlara  və Reabilitasiya Mərkəzinə baxış olub
Naftalanda özünüməşğulluq proqramı üzrə qurulmuş təsərrüfatlara  və Reabilitasiya Mərkəzinə baxış olub
Naftalanda özünüməşğulluq proqramı üzrə qurulmuş təsərrüfatlara  və Reabilitasiya Mərkəzinə baxış olub


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi