Azərbaycanın və Türkiyənin birgə layihəsi - TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) Xəzərin sahilindəki Səngəçal terminalından başlayaraq Adriatik dənizinin sahilinə, İtaliya torpağınadək uzanan 3500 kilometrlik "Cənub qaz dəhlizi"nin ən böyük hissəsidir. Onu "Cənub qaz dəhlizi"nin birləşdirici halqası, bel sütunu da adlandırırlar. TANAP Türkiyə-Gürcüstan sərhədində birbaşa SCP ilə birləşir, Türkiyə-Yunanıstan sərhədində isə TAP-la birləşəcəkdir. TANAP-la bağlı Azərbaycan və Türkiyə respublikaları arasında Anlaşma Memorandumu 24 dekabr 2011-ci il tarixində imzalanmışdır. TANAP layihəsi üzrə Türkiyə Respublikası və TANAP şirkəti arasında “Tranzit Ərazisinə Malik Ölkənin Hökuməti ilə Saziş” və Azərbaycan ilə Türkiyə respublikaları arasında “Hökümətlərarası Saziş” 26 iyun 2012-ci il tarixində imzalanmış və hər iki dövlətin müvafiq hüquqi instansiyaları tərəfindən ratifikasiya olunmuşdur.
TANAP layihəsi nəinki Şahdəniz yatağından, eyni zamanda Azərbaycan ərazisindəki digər qaz yataqlarından da hasil ediləcək təbii qazın nəqli potensialına görə əhəmiyyətli iqtisadi dəyərə sahibdir. TANAP-ın təməlqoyma mərasimi 17 mart 2015-ci il tarixində keçirilmişdir. Boru kəmərinin uzunluğu 1,793 km (və əlavə 2 ədəd 18.785 km-lik Çanaqqala Boğazından keçən sualtı kəmər) təşkil edir və 30 iyun 2018-ci il tarixində fəaliyyətə başlamışdır.İlkin nəql qabiliyyəti illik 16.2 milyard m3olmuşdur (illik 31 milyard m3-ə kimi artırıla bilər). Keçirilmiş sınaqlar əsasında illik ötürmə qabiliyyəti 17.5 milyard m3müəyyən edilmişdir.
Trans-Anadolu Qaz Boru Kəməri — (Trans-Anatolian Natural Gas Pipeline, ixtisarla TANAP)təbii qazı Türkiyənin Şərq sərhədindən Qərb sərhədinə daşıyacaq, bütün ölkədə sabit tranziti təmin edəcək. Layihə Azərbaycandan başlayan genişlənmiş Cənubi Qafqaz boru kəməriniAvropa Birliyində bir neçə kəmərlə əlaqələndirəcək. 5 il ərzində reallaşması nəzərdə tutulan layihənin dəyəri 7 mlrd. ABŞ dollarıdır. Dörd mərhələdə həyata keçiriləcək layihənin ilk mərhələsi 2018-ci ildə başa çatıb. 2020-ci ildən kəmərin buraxılış qabiliyyəti ildə 16 mlrd., 2023-cü ildə 23 mlrd., 2026-cı ildə isə 31 mlrd. kubmetrə çatdırılacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 mlrd. kubmetr Azərbaycan qazının 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri isə Türkiyəyə satılacaq. Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan sərhədində təhvil veriləcək. TANAP layihəsində Cənub Qaz Dəhlizi QSC 51%, STEAŞ 7%, BP 12% və Türkiyənin BOTAŞ şirkəti 30% paya malikdir. TANAP layihəsi üzrə saziş 2012-ci il iyunun 26-da İstanbulda imzalanıb. Boru kəmərinin diametri Eskişehrədək 56 düym, ondan sonra 48 düym, dəniz dibində isə 36 düym nəzərdə tutulub. TANAP layihəsinin Eskişehrədək hissəsinin işə düşməsi layihəsi üzrə qaz hasilatına başlanması vaxtı ilə uzlaşdırılıb və 2018-ci ildə baş tutub, 30 iyun 2018-ci il tarxində ilk kommersiya qazı çatdırılmışdır. 2019-cu ilin aprel ayında "Cənub Qaz Dəhlizi" layihəsinin bir hissəsi olan Trans-Anadolu qaz kəmərinin (TANAP) 1-ci mərhələsi çərçivəsində sınaq qaz tədarükü başlayıb.