Müstəqillik dövrünün ən həlledici məqamı 2003-cü il oldu. Ölkəmizin gələcəyi ilə bağlı konseptual yanaşma o vaxt özünü təsdiqlədi, yəni ulu öndər Heydər Əliyev siyasəti davam etdirildi. Əgər o zaman hadisələr başqa səmtdə inkişaf etsəydi bəlkə də xalqımız daha böyük faciələr yaşaya bilərdi: "Hər halda müstəqilliyimizin ilk iki ili əyani şəkildə göstərir ki, güclü lider olmadan və düşünülmüş siyasət olmadan istənilən ölkə, xüsusilə gənc müstəqil ölkə çox ciddi təhlükələrlə üzləşə bilər... Son 20 ilin tarixinə gəldikdə isə hər şey göz qabağındadır". Bu ilin yanvarında yerli televiziya kanallarına müsahibəsində bu fikirləri söyləyən dövlət başçısı müxbirin: "Biz bu 20 ildə haradan-haraya gəlmişik?" - sualına da ətraflı cavab verib.
Qeyd edək ki, ən əsası bu illərdə Azərbaycan Avropaya qaz ixrac edən ölkəyə çevrilib. Bu isə asan başa gəlməyib. Mavi Xəzərin ən gözəl sərvəti olan təbii qazın Avropaya çatdırılmasının öz tarixçəsi var...
...2003-cü il. Bu il "Şahdəniz" yatağının işlənməsi üzrə Mərhələ 1 layihəsi, 2004-cü ildə isə "Azəri-Çıraq-Günəşli" yataqlarının işlənməsi üzrə Mərhələ 3 təsdiqləndi. Cənubi Qafqaz Boru Kəmərinin tikintisinə başlanıldı.
"Şahdəniz" qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi layihəsi Azərbaycan qazını Avropaya və Türkiyəyə çatdıracaq nəhəng bir layihə idi. "Şahdəniz Mərhələ 2" layihəsi "Şahdəniz Mərhələ 1" layihəsindən hasil olunan illik 10 milyard kubmetr qazdan əlavə 16 milyard kubmetr qaz hasil edilməsini ehtiva edirdi.
2005-ci ildə Səngəçal terminalında xam neftin Bakı-Tbilisi-Ceyhan boru kəmərinə vurulması ilə bağlı rəsmi tədbir keçirildi. 2006-cı ildə "Azəri Faza 1" layihəsi üzrə "Mərkəzi Azəri" yatağından neft hasilatına start verildi. "Qərbi Azəri" yatağından neft hasilatına "Azəri Faza 2" layihəsi üzrə 2006-cı ildə başlanıldı. "Şərqi Azəri" yatağından neft hasilatına başlanılması ilə Cənubi Qafqaz Boru kəmərindən ilk qaz hasil edildi. Mayın 28-də Azərbaycan nefti Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə Ceyhan limanına çatdı. İyulun 13-də Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihələri olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəmərinin açılışı oldu. Türkiyəyə "Şahdəniz" yatağından qazın ilk nəqli 2007-ci ildə həyata keçirildi. "Günəşli" yatağının dərinsulu hissəsindən ilk neft hasil olundu, SOCAR "Petkim" neft-kimya kompleksinin 51 faizlik səhmini satın alaraq Türkiyə bazarına daxil oldu.
2010-cu ildə daha bir əlamətdar hadisə baş verdi. Belə ki, "Ümid" qaz-kondensat yatağı kəşf edildi. Bu, Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra SOCAR-ın öz imkanları ilə kəşf olunan ilk yataq idi.
2011-ci il yanvarın 13-də Avropa Komissiyası və Azərbaycan hökuməti arasında Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi ilə bağlı birgə Bəyannamə imzalandı. Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində "STAR" neft emalı, SOCAR Karbamid zavodlarının təməli qoyuldu. Onun ardınca 2012-ci ildə Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) layihəsinin istismarı üzrə sənədlərin imzalanması mərasimi keçirildi, 2013-cü ildə "Şahdəniz" yatağından hasil olunan qazın Avropaya ixrac marşrutu kimi Trans-Adriatik boru kəməri (TAP) inşa edildi.
Dəhlizin rəsmi açılışı 2018-ci ildə oldu. "Şahdəniz-2" layihəsi çərçivəsində TANAP boru kəməri vasitəsilə Türkiyəyə ilk kommersiya qazının nəqli baş tutdu. 2020-ci il dekabrın 31-də isə TAP boru kəmərinin istismara verilməsi ilə Cənub Qaz Dəhlizi layihəsinin birinci mərhələsi faktiki olaraq tamamlandı və Azərbaycan qazı tarixdə ilk dəfə olaraq birbaşa Avropa bazarına nəql edildi.
Azərbaycan qazı böyük çətinliklər hesabına olsa da "qoca qitəyə" çatdırıldı və o ilin qışında neçə-neçə avropalının ocağını isitdi, enerji böhranı yaşayan ölkələrin vəziyyətini nisbətən yüngülləşdirdi.
Odlar yurdunun uğur hekayəsi bununla yekunlaşmadı, çünki Azərbaycan qazına dünyada tələbatın artması yeni-yeni layihələrin həyata keçirilməsini zərurətə çevirdi.
Xəzərin neft və qaz kimi təbii sərvətlərinin istehsalına geniş şəkildə hələ sovetlər dönəmində başlanmış, dənizdə ilk neft buruqları salınmış, bu buruqlar bir-birinə qovuşduqca yeni bir şəhər yaranmışdı: Dəmir çarıqlı şəhər. Bax o zaman ona haqlı olaraq möcüzələr adası adı verilmişdi. "Neft Daşları" adlanan bu ada həqiqətən möcüzə idi və dünyanın hər yerindən gələnləri heyran edir, öz cazibə qüvvəsinə çəkirdi.
Müstəqillik dövründə isə xalqın təkidli xahişi ilə yenidən hakimiyyətə gələn ulu öndər Heydər Əliyevin 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanmasına nail olması ilə neft strategiyasının əsası qoyuldu. O müqavilənin imzalanmasına, bu möhtəşəm layihənin reallaşmasına şübhə ilə, qısqanclıqla yanaşanlara rəğmən Azərbaycan nefti-qazı borularla axıdılıb dünyaya çatdırıldı. Ölkəmiz bununla dünyaya, bizi gözü götürməyənlərə də, dostlarımıza da göstərdi ki, əfsanələr də gerçəyə, reallığa çevrilə bilir. 30 illik işğala cəmi 44 gündə son qoyan, 23 saata illərlə yuva salmış separatizmin kökünü kəsən, müstəqilliyini, suverenliyini tam təmin edən Azərbaycan doğrudan da xəyalları gerçəyə çevirir.
Lider-media.az


İlham Əliyevin andiçmə mərasimi keçirilib
31 Mart soyqırımı - XX əsrdə azərbaycanlılara qarşı etnik təmizləmə və kütləvi soyqırımı cinayətlərinin tərkib hissəsidir
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclası plenar sessiyalarla davam edib
Prezident İlham Əliyevin Rusiyaya səfəri: Ölkələrimiz arasında münasibətlərin inkişafında yeni səhifə
QARŞILIQLI ƏMƏKDAŞLIQ ÖLKƏMİZİN XARİCİ SİYASƏTİNDƏ MÜHÜM YER TUTUR
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb