lider-media.az

Baş Prokurorluqda icbari tibbi sığortaya dair təlim keçirilib

Baxış: 398 Tarix: 9-04-2024, 20:20

 Prokurorluq orqanları tərəfindən əhalinin sağlamlığının etibarlı şəkildə qorunması, bu sahədə insan və vətəndaşın hüquq və azadlıqlarının müdafiəsinin təmin olunması daim diqqətdə saxlanılmaqla zəruri tədbirlərin həyata keçirilməsi ilə yanaşı, prokurorluq əməkdaşlarının da bu sahədə biliklərinin artırılması istiqamətində mütəmadi işlər görülür.

  Aprelin 9-da Baş Prokurorluqda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Mагkеtinq və ictimaiyyətlə əlаqələr Dерагtаmепtinin rəhbəri Aynurə Əhmədova və həmin Departamentin əməkdaşı Fuad Bayramov tərəfindən prokurorluq əməkdaşlarına maarifləndirici təlim keçirilib.    

  Təlim zamanı qurumun nümayəndələri təqdimatla çıxış edərək icbari tibbi sığorta haqları, xidmətlər zərfi ilə təminata alınan tibbi xidmətlər, Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələri barədə, habelə dövlət və özəl tibb müəssisələrində icbari tibbi sığortadan istifadə qaydası, sağlam həyat tərzinin təbliği və s. mövzuda ətraflı məlumat veriblər. 

  Sonda təlimə cəlb olunan əməkdaşların verdiyi suallar ətrafında fikir mübadiləsi aparılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi