lider-media.az

Ölkəmizlə yaxından maraqlanan xarici şirkətlərin sayı artır

Baxış: 5 Tarix: 17-03-2025, 08:40

Belə xarici şirkətlərdən biri də ABOUH EMLA GROUP HOLDİNGS-dir.

 

Müstəqil Azərbaycan bu gün  dünya miqyasında investisiya üçün cəlbedici ölkə statusunu gündən-günə gücləndirir. Azərbaycanda investisiya mühitinin yaxşılaşdırılması istiqamətində addımlar günbə-gün genişlənir. Ölkədə yaradılmış siyasi və iqtisadi sabitlik, əlverişli biznes və investisiya mühiti istənilən layihənin uğurla həyata keçirilməsini təmin edir. Azərbaycanın bir sıra regional və qlobal layihələrdə sərmayədar kimi hazırkı rolu onu mühüm geosiyasi oyunçuya, eləcə də beynəlxalq imicə malik ölkəyə çevirib. 

Azərbaycan dövləti milli iqtisadiyyata müxtəlif mənbələrdən investisiyaların cəlb edilməsi üçün güclü siyasi iradə nümayiş etdirir. Bu mövqe ölkədə biznes mühitinin ardıcıl optimallaşdırılmasında, qanunvericilik bazasının təkmilləşdirilməsində, yeni çağırışlara uyğun qərarların qəbulunda özünü göstərir. Azərbaycan qoyulan investisiyaların həcmi əsasən Əsrin Müqaviləsinin imzalanmasından sonra sürətlə artmağa başlayıb. Rəsmi məlumatlara əsasən 1994-cü ildən bu günə kimi Azərbaycan iqtisadiyyatına qoyulmuş investisiyaların həcmi 100 milyard ABŞ dollarını ötüb.

   

2023-cü ilin sentyabrında Prezident, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında ərazi bütövlüyümüzün tam bərpası oldu. Azad Qarabağda həm yerli, həm də xarici şirkətlər üçün bir çox fürsətlər yaradılıb. Hökumət tərəfindən Azərbaycanın investisiya mühitini yaxşılaşdırmaq üçün bir sıra addımlar atılıb və qanunvericilik təşəbbüsləri həyata keçirilib.

 Mübaliğəsiz demək olar ki, son bir neçə ildir ölkəmizdə milli iqtisadiyyatımızın investisiya cəlbediciliyi baxımından bir sıra uğurlu islahatlar həyata keçirilir. Dünyanın aparıcı təşkilatlarının hesabatlarında iqtisadiyyatımızın sürətlə inkişaf etdiyi, iqtisadi göstəricilərə görə lider ölkələr sırasına çıxdığı göstərilir. Azərbaycanın yüksək investisiya cəlbediciliyinə malik olması, təbii ki, aparılan islahatlarla bağlıdır. Yeni şəraitdə reallaşdırılan islahat tədbirləri sırasında investisiyaların səmərəli təşviqi mexanizminin işə salınması böyük əhəmiyyət daşıyır. Azərbaycanın qeyri-neft sektorunda xarici şirkətlər tərəfindən qoyulan investisiyalar çox zaman üstün mövqeyə malik olub. Türkiyə, Misir, ABŞ, Böyük Britaniya, BƏƏ, Almaniya, Fransa və Rusiyadan, demək olar, hər il Azərbaycanın qeyri-neft sektoruna müəyyən qədər investisiyalar yatırılır.

Prezident cənab İlham Əliyev çıxışlarının birində demişdir:“ ...gözəl investisiya iqlimi, ölkəmizin uğurlu inkişafı, ölkəmizdə mövcud olan sabitlik, əmin-amanlıq, təhlükəsizlik - bütün bu amillər təbii ki, hər bir investor üçün önəmli rol oynayır. Azərbaycanda xarici investisiyaların qorunması da ən yüksək səviyyədədir.

Xarici investorlar yaxşı bilirlər ki, bizim sözümüz imzamız qədər qiymətlidir və dəyərlidir. ...Ona görə, Azərbaycana 10 milyardlarla dollar həcmində xarici sərmayə qoyulub. Bu sərmayə qoyuluşu davam edir”.

 

Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda son illərdə qeyri-neft sektorunun inkişafının təmin olunması, iqtisadiyyatın müxtəlif sahələrinin şaxələndirilməsi, respublikamızın ixrac potensialının artırılması, xarici sərmayənin cəlb edilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində bir sıra önəmli layihələr icra olunub. Bütün bunlar isə ölkəmizə xarici investisiya qoyuluşuna müsbət zəmin yaradıb.

Sözsüz ki, Azərbaycana investisiya qoyuluşuna marağın getdikcə artması həm də ölkəmizin siyasi cəhətdən sabit olması, milli, dini və irqi tolerantlığı baxımından seçilməsi ilə bağlıdır. Bununla bərabər, respublika hökuməti tərəfindən həyata keçirilən iqtisadi siyasət, aparılan islahatlar nəticəsində ölkədə güclü iqtisadi potensial mövcuddur. Yaradılan əlverişli biznes və investisiya mühiti, Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınması, regionda əlverişli mövqeyə malik mühüm tranzit mərkəzi olması, insan kapitalının inkişafı da ölkəmizin investisiya qoyuluşu baxımından cəlbediciliyini artırır.

Bu gün ölkəmizlə yaxından maraqlanan xarici şirkətlərdən biri də ABOUH EMLA GROUP HOLDİNGS-dir. Onun rəhbəri isə Medhat Abouhemeladir.

Medhat Abu Hamila-Amseo industries-in və Amerikada aviasiya sahəsində olan Usaero industries holdinqin prezidentidir. Bü günlərdə onun Azərbaycana gəlişi gözlənilir. Səfərdə məqsəd Misir ilə Azərbaycan və Özbəkistan səhiyyə sahəsində (ortopedik) məhsulların-Azərbaycanda qüsurlu insanlar ucun lazim olan qurğuların istehsalını həyata keçirmək üçün şəraitlə tanış olmaqdir.

Medhat Abouhemela qısa tərcümeyi halı ilə tanış olaq: 1970-ci ildə anadan olub. 1994-cu ildən biznes fəaliyyətiylə məşğuldur. ABOUH EMLA Group Holdinqə asagıdakı şirkətlər daxildir: ZED Medical project (hospital and clinics), Misir Amseo sanayesi Misir Elektrik cihazların və mobil telefonların Çipləri istehsalı, Kitay USA Aerospace aviasiya hissələrinin satışı və alışı. ZED Medical artıq fəaliyyətdədir və ora üz tutanların böyük rəğbətinə qazanıb. Klinika müasir avadanlıqla təchiz olunub. Həmçinin  professonal həkimlər fəaliyyət göstərir.

Ümid edirik ki, Medhat Abouhemela səhiyyə sahəsinə də investisiya yatırmaqla Azərbaycanımızı bir daha dünyada tanıdacaq.

 

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2025    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi