lider-media.az

Milli Aviasiya Akademiyası Kapadokya Universiteti ilə birgə AZAL üçün mütəxəssislər hazırlayacaq

Tarix: 9-04-2024, 13:22

Milli Aviasiya Akademiyası Kapadokya Universiteti ilə birgə AZAL üçün mütəxəssislər hazırlayacaq
9 aprel 2024-cü il, Bakı – “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin nəzdində fəaliyyət göstərən Milli Aviasiya Akademiyası (MAA) Türkiyənin Kapadokya Universiteti ilə əməkdaşlıq memorandumu imzalayıb.
Sənədi MAA-nın birinci prorektoru, professor Ədalət Səmədov və Kapadokya Universitetinin layihə üzrə məsul rəhbəri, dosent Halil İbrahim Ünser imzalayıblar.
Əməkdaşlıq çərçivəsində Kapadokya Universiteti beynəlxalq standartlara uyğun olaraq AZAL üçün təyyarələrin texniki istismarı üzrə A kateqoriyalı mütəxəssislərin hazırlanmasını həyata keçirəcək. Tərəflər arasında bağlanmış memorandumun əsas məqsədlərindən biri aviasiya sahəsində ölkənin kadr potensialının gücləndirilməsinə töhfə verməkdir.
Kapadokya Universiteti texniki xidmət üzrə təlim təşkilatı qismində təlimlərin keçirilməsi və imtahanların təşkili, həmçinin müvafiq tanınma sertifikatlarının verilməsi üçün Dövlət Mülki Aviasiya Agentliyi tərəfindən müvafiq təsdiq sertifikatı əldə edib.
AZAL-ın Milli Aviasiya Akademiyası Azərbaycanın strateji əhəmiyyətə malik aerokosmik sahəsini, o cümlədən mülki aviasiyanı və bir sıra digər sahələri beynəlxalq tələblərə cavab verən yüksək ixtisaslı mütəxəssislərlə təmin edən ali təhsil müəssisəsidir.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidməti


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi