lider-media.az

İlin ilk “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçiriləcək

Baxış: 95 Tarix: 12-03-2025, 14:53

 
Tullantıların düzgün idarə olunması sahəsində əhalinin maarifləndirilməsi, çeşidləmə vərdişlərinin stimullaşdırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Yasamal Rayon İcra Hakimiyyətinin və müxtəlif tərəfdaş qurumların dəstəyi ilə 15 mart 2025-ci il tarixində “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçiriləcək.

Festival çərçivəsində vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində müxtəlif hədiyyələr (müxtəlif növ ağac tingləri, ekoçantalar, kitablar və s.) əldə edə biləcəklər.

Qeyd edək ki, maraqlı viktorinalar, müxtəlif master klasslar ilə keçiriləcək festivalda tullantıları gətirərək həm təbiətə töhfə verə, həm də müxtəlif hədiyyələr qazana bilərsiniz.

Tədbir tullantıların qarşısını almaq, resurslardan daha səmərəli istifadə etmək, tullantıları mənbəyində toplayıb təkrar emala yönləndirmək məqsədi ilə mütəmadi olaraq müxtəlif ərazilərdə keçirilir.

- Yasamal rayonu, Hüseyn Cavid parkı
- 15 mart 2025-ci il
- 15:00-17:00


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi