lider-media.az

Birinci vitse-prezident Mehriban Əliyeva Gəncədəki 40 saylı körpələr evi-uşaq bağçasında olub

Baxış: 283 Tarix: 6-03-2025, 19:54

Qeyd edildi ki, bu məktəbəqədər təhsil müəssisəsi 1967-ci ildə inşa olunub. 120 yerlik uşaq bağçasında faktiki 70 uşağın təlim-tərbiyəsi aparılır. Hazırda bina yararsız vəziyyətdədir.Birinci vitse-prezident Mehriban Əliyeva bağçada məktəbəqədər təhsilin və uşaqların təlim-tərbiyəsinin yüksək səviyyədə təşkili məqsədi ilə müvafiq tapşırıqlar verdi.Respublikamızda yeni uşaq tərbiyə müəssisələrinin inşası, eləcə də mövcud olanların ən müasir tələblər səviyyəsində yenidən qurulması üzrə həyata keçirilən dövlət proqramları ilə yanaşı, Heydər Əliyev Fondu da bu sahəni daim diqqətdə saxlayır. Fond 2014-cü ildən etibarən “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramını həyata keçirərək, uşaqların təlim-tərbiyəsinə, onların bilikli və savadlı yetişməsinə öz töhfəsini verir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi