lider-media.az

Aqrar Tədqiqatlar Mərkəzi akademik fəaliyyətlə məşğul olanları, tədqiqatçıları, magistrant və doktorantları seminara dəvət edir

Baxış: 9 Tarix: 5-03-2025, 15:47

Aqrar Tədqiqatlar Mərkəzi 10-14 mart tarixlərində “Akademik yazı və kənd təsərrüfatına dair elmi jurnallarda məqalə nəşri sahəsində tədqiqatçıların bilik və bacarıqlarının inkişaf etdirilməsi” mövzusunda seminar təşkil edir.

Onlayn keçiriləcək seminar kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi sahəsində akademik yazılara və nəşrlərə həsr edilir və akademik fəaliyyətlə məşğul olanlar, tədqiqatçılar, magistrantlar və doktorantlar üçün nəzərdə tutulub.Seminarın məqsədi iştirakçıların nüfuzlu beynəlxalq jurnallarda elmi yazılarının dərc edilməsi sahəsində bilik və peşəkar bacarıqlarını inkişaf etdirməkdir. Seminara universitet, elmi-tədqiqat institutları və digər təşkilatlardan iştirakçılar dəvət olunur. Seminarda həm ölkə daxilindən, həm də xaricdən nüfuzlu beynəlxalq jurnallarda elmi yazıların dərc etdirilməsi sahəsində təcrübələri olan alimlər indekslənən jurnallarda elmi məqalələrin hazırlanmasına qoyulan tələblər, jurnal seçimi və məqalənin təqdimat prosesi və s. ilə bağlı fikirlərini bölüşəcəklər.

Seminar Azərbaycan və ingilis dillərində keçiriləcək, tərcümə təmin ediləcək.Aşağıdakı cədvəldə seminarın gündəliyini təqdim edirik. Gündəlikdə hər günün mövzuları, natiqlər və seminarda iştirak üçün “Zoom” linkləri yer alır.

Aşağıdakı cədvəldə seminarın gündəliyini təqdim edirik. Gündəlikdə hər günün mövzuları, natiqlər və seminarda iştirak üçün “Zoom” linkləri yer alır.

 

GÜNDƏLİK

VAXT (Bakı vaxtı, GMT+4)

FƏALİYYƏT

NATİQLƏR

1-ci GÜN: 10 Mart 2025

10:00-10:20

Açılış nitqi:

 

 

 

 

Moderator:

Rəşad Hüseynov, i.ü.f.d., Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədqiqatlar Mərkəzinin direktoru

 

Namiq Şalbuzov, i.ü.f.d., Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədqiqatlar Mərkəzinin direktor müavini

 

Nasar Hayat, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri

10:20-12:20

İndekslənən jurnallarda elmi məqalələrin hazırlanmasına qoyulan tələblər

Yusif Qasımov, r.e.d., Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru,

“Jomard Publishing” nəşriyyatının direktoru

 

Lətifə Ağamalıyeva, r.ü.f.d., Azərbaycan Universitetinin Elm şöbəsinin müdiri

12:20

1-ci GÜNÜN BAĞLANIŞI

Zoom Link

Join Zoom Meeting:

https://us06web.zoom.us/j/81932971231?pwd=cpfPB6SbxfvVJuVblHro3sqO969t9B.1

 

Meeting ID: 819 3297 1231

Passcode: 125512

2-ci GÜN: 11 Mart 2025

10:00-12:00

Jurnal seçimi və məqalənin təqdimat prosesi

Yusif Qasımov, r.e.d., Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru,

“Jomard Publishing” nəşriyyatının direktoru

Lətifə Ağamalıyeva, r.ü.f.d., Azərbaycan Universitetinin Elm şöbəsinin müdiri

12:00

2-ci GÜNÜN BAĞLANIŞI

Zoom link

Join Zoom Meeting:

https://us06web.zoom.us/j/89681210122?pwd=JrSLnn7OFLa0haLvgIaEo4p7JcX0q7.1

 

Meeting ID: 896 8121 0122

Passcode: 838587

3-cü GÜN: 12 Mart 2025

10:00-12:00

Elmi platformalarda müəllif profilləri və elmi sosial şəbəkələrdə istifadə

Yusif Qasımov, r.e.d., Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru,

“Jomard Publishing” nəşriyyatının direktoru

 

Lətifə Ağamalıyeva, r.ü.f.d., Azərbaycan Universitetinin Elm şöbəsinin müdiri

12:00

3-cü GÜNÜN BAĞLANIŞI

Zoom link

Join Zoom Meeting:

https://us06web.zoom.us/j/87024517266?pwd=TopLbNbScJqQKVpV2QOveQWs2FAenY.1

 

Meeting ID: 870 2451 7266

Passcode: 675126

4-cü GÜN: 13 Mart 2025

11:00-12:00

Kənd təsərrüfatı iqtisadiyyatı üzrə akademik nəşr: doğru yanaşma və uğurlu tətbiq etmə

Dr. David Ubilava, Sidney Universitetinin İqtisadiyyat kafedrası. “Food policy” jurnalının həmredaktoru

12:00-13:00

Tədqiqatçı nöqteyi-nəzərindən elmi jurnallarda nəşrlə bağlı təcrübə

Dr. Tajana Cop, Zaqreb Universiteti, Kənd Təsərrüfatı Fakültəsi, İdarəetmə və Kənd Təsərrüfatı Sahibkarlığı Departamenti

13:00

4-cü GÜNÜN BAĞLANIŞI

Zoom Link

Join Zoom Meeting:

https://us06web.zoom.us/j/85833581064?pwd=WMdBMabalTGNSJTZrpasiohWiFwtOm.1

 

Meeting ID: 858 3358 1064

Passcode: 228637

5-ci GÜN: 14 Mart 2025

12:00-13:00

Bir məqaləni ən yaxşı şəkildə necə dərc etmək olar?

Dr. Attila Jambor, Corvinus Budapeşt Universiteti, Dayanıqlı İnkişaf İnstitutunun rəhbəri, “Agricultural Economics” jurnalının baş redaktoru

13:00-14:00

Uğurlu nəşr üçün bizə lazım olanlar: cari trendlər, struktur və komponentlər, rəyçilərə cavab

Dr. Magdalena Zrakic Susac, Zaqreb Universiteti, Kənd Təsərrüfatı Fakültəsi, Aqrar İqtisadiyyat və Kənd Təsərrüfatının İnkişafı Departamenti

14:00

5-ci GÜNÜN BAĞLANIŞI

Zoom Link

Join Zoom Meeting:

https://us06web.zoom.us/j/89374780144?pwd=FixLTc8CAtYp07vEPqrOCWtUY839c1.1

 

Meeting ID: 893 7478 0144

Passcode: 134656


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июль 2025    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi