lider-media.az

Qazaxıstan Prezidenti daşqınlarla bağlı xalqa müraciət edib

Baxış: 311 Tarix: 6-04-2024, 23:58

Qazaxıstan Prezidenti daşqınlarla bağlı xalqa müraciət edib

Qazaxıstanda mart ayında başlayan miqyaslı daşqınlar respublikada son 80 ildə baş verən ən böyük təbii fəlakətdir.

Lider-Media.az xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bunu xalqa müraciətində deyib. Onun çıxışı ölkənin bütün televiziyaları ilə canlı yayımlanıb.

“Qazaxıstan uzun illərdir misli görünməyən təbii fəlakətlə üzləşib. Ola bilsin ki, miqyasına və nəticələrinə görə bu, son 80 ilin ən böyük fəlakətidir”, - deyə Kasım-Jomart Tokayev bildirib. Dövlət başçısının sözlərinə görə, daşqınlar səbəbindən ölkənin 10 regionunda fövqəladə vəziyyət rejimi elan edilib.

Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin son məlumatına görə, daşqınlar nəticəsində Akmola, Aktobe, Atırau, Kostanay, Pavlodar və Şimali Qazaxıstan vilayətlərində 3 mindən çox fərdi yaşayış binası və həyətyanı sahə su altında qalıb, 70 yaşayış məntəqəsi ilə nəqliyyat əlaqəsi kəsilib. Təhlükəli ərazilərdə yaşayan 46 min 755 nəfər, o cümlədən 14 min 589 uşaq təxliyə edilib. Xilasetmə əməliyyatına 8,6 mindən çox insan və 1,7 min ədəd texnika, həmçinin 411 su nasosu və 65 qayıq, o cümlədən 10 təyyarə cəlb olunub.

Qazaxıstan Prezidenti aprelin 4-də Qərbi Qazaxıstan vilayətinə səfər edərək yaranmış vəziyyətlə tanış olub. Orada operativ qərargahın iclasını keçirən Kasım-Jomart Tokayev xilasedicilər və könüllülərlə görüşüb, təxliyə məntəqəsinə baş çəkib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi