Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclasında
Bildirilib ki, dəyişiklik təklif olunan qanun layihələrində uşaq hüquqlarının qorunması məqsədilə qəyyumluq və himayə orqanlarına bir sıra səlahiyyətlər verilməsi nəzərdə tutulub. Bundan başqa, qəyyumluq və himayəçilik orqanlarının qərarlarının bir iş günü ərzində Elektron Hökumət İnformasiya Sisteminə daxil edilərək onların fəaliyyətinin daha operativ həyata keçirilməsi planlaşdırılıb.
Milli Məclis Aparatının Dövlət qurucluluğu, inzibati və hərbi qanunvericilik şöbəsinin İnzibati qanunvericilik sektorunun müdiri Kəmalə Paşayeva gündəliyin üçüncü məsələsi - Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “İcra məmurları haqqında”, “İcra haqqında”, “İpoteka haqqında” və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsini (birinci oxunuş) təqdim edib.
Məlumat verilib ki, qanun layihəsi məhkəmə və digər orqanların qərarlarının icrası sahəsində aparılan ödənişlərin yalnız nağdsız qaydada həyata keçirilməsi məqsədilə hazırlanıb.
Sonra gündəliyin digər 4 məsələsi - “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (ikinci oxunuş), “Feldyeger rabitəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (ikinci oxunuş), Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) , Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihələri nəzərdən keçirilib.Qanun layihələrinin müzakirəsində komitənin sədr müavini Elşən Musayev, Mediasiya Şurasının İdarə Heyətinin üzvü Əli Nəbiyev çıxış ediblər. Onlayn iclasda təqdim edilən qanun layihələrinin hər biri Milli Məclisin plenar iclasına tövsiyə olunub. İclasda komitənin üzvləri Kamal Cəfərov, Sabir Hacıyev, Nizami Səfərov, Mübariz Qurbanlı, Azay Quliyev, Erkin Qədirli, Bəhruz Məhərrəmov və digər rəsmi şəxslər iştirak ediblər.