lider-media.az

Bu gün Azərbaycanda Od çərşənbəsidir

Baxış: 355 Tarix: 4-03-2025, 08:53

Od çərşənbəsi  Novruz bayramının ikinci çərşənbəsi. Günəş istisini arzulayan ulu babalarımız od çərşənbəsində sübh tezdən Günəşə qurban aparardılar. Böyük tonqal qalayıb günəşin çıxmasını gözləyər, odun şərəfinə nəğmələr oxuyardılar. Qədim adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla insanlar daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar. Cənub bölgəsində bu çərşənbədə insanlar odun yanında yığışıb talış dilində mahnılar oxuyar, uşaqlar isə şeirlər deyərlər. Talışların qədim adətlərinə əsasən, tonqaldan qalan közdə “bıştə” (talış dilində yayda becərilən dənli bitkilərdən olan mərci, boranı tumu, noxud və s.) qovrularaq, qonaqlara təqdim edilir.

Bu gün evin içərisində olan ocağın üstü boş olmamalıdır. İnanclara görə, Od çərşənbəsində tonqal yandırılması həmin ilin isti, bərəkətli keçməsinə işarədir.

Od çərşənbəsinin maraqlı mərasimlərindən biri də il boyu ailə üzvlərindən birini itirmiş evlərin qarşısında tonqal qalanmışdı. Od yandırmaqla həmin ailənin saxladığı yas mərasimiqə son qoyulardı.

Od çərşənbəsində bayram tonqalını həyət darvazasının ağzında qalarlar. Səbəbi odur ki, həyətə keçən özüylə bərabər ağırlıq, pis niyyəti gətirməsin. Hamısı elə bu alovda yansın, yox olsun.Od çərşənbəsində həmçinin, deyərlər: Özünü ildə bir kərə təmizlə, canını oddan keçir, atıl tonqal üstündən.

Od çərşənbəsinə qədimdə "Üskü çərşənbə", "Üskü gecəsi" də deyilib. Od qədim Azərbaycan xalqının təfəkkürüncə, işıqlı sabah, xeyir-bərəkət rəmzi olub. Bu çərşənbədə tonqallar daha möhtəşəm yandırılır, alovu ruhi arınma mərhələsinin sonu sanarmışlar. Qədim dövrlərdə Od çərşənbəsində tonqalı hündür yerdə-dağ, təpə başında qalayar, bütün el həmin tonqalın başına yığışarmışlar. Odunlar yenicə alışmaya başlayanda qız-gəlin odun şərəfinə nəğmələr söylərmişlər. Qədimdə Od çərşənbəsində başqa bir yaxşı adət də olub: qonum-qonşular yasda olan ailənin həyətində tonqal çatar, bununla da o ailəni yasdan çıxararmışlar.Ulu babalarımız Od çərşənbəsində sübh tezdən Günəşə qurban apararmışlar. Onların düşüncəsinə görə, Günəşi nə qədər əzizləsəydilər, qarşıdakı il bir o qədər xoş keçər, təbiət bir o qədər dirilərmiş.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi