Özəl sektorla əməkdaşlıq çərçivəsində keçirilən görüşdə Konfederasiya sədri Sahib Məmmədov həmkarlar ittifaqları sistemində aparılan islahatlar, üzvlərin əmək hüquqlarının müdafiəsi, sağlamlığının qorunması, müalicə və istirahətinin təşkili istiqamətində tətbiq olunan yeniliklər, həyata keçirilən layihələr barədə danışıb.Bildirilib ki, yeni layihələrdən olan “AHİK Könüllüləri” uğurla davam etdirilir, yollayışların vahid məkandan verildiyi “Kurort” Turizm İnformasiya Mərkəzi yaradılıb, yollayışların verilməsi prosesi sadələşdirilib. Yaxın vaxtlarda “Layiqli Əmək Səfirləri” layihəsinə də start veriləcək. Görüşdə həmçinin ittifaq üzvləri üçün xüsusi endirimlər və bonuslar təqdim edəcək “AHİK Plus” proqramı barədə də məlumat verilib.
Vurğulanıb ki, Konfederasiya özəl sektorla əməkdaşlığa xüsusi önəm verir, bu sahədə çalışanların həmkarlar ittifaqlarında birləşməsini, hər bir işçinin layiqli əmək şəraiti ilə təmin olunmasını dəstəkləyir.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev son zamanlar Konfederasiya tərəfindən görülən işləri xüsusi olaraq qeyd edib, AHİK-in özəl sektorla əməkdaşlığının vacibliyini vurğulayıb. Vüsal Şıxəliyev Ətraf Mühit, Sosial və Korporativ İdarəetmə (ESG) prinsiplərindən, o cümlədən sosial təşəbbüslərin, işçilərin sağlamlığının və təhlükəsizliyinin qorunmasının önəmindən danışıb, sahibkarların sosial layihələrdə iştirakının əhəmiyyətini bildirib.
“Caspian Energy Club”un baş icraçı direktoru Telman Əliyev klubun və üzv şirkətlərin fəaliyyətindən danışıb, ölkəmizdə yaradılmış əlverişli biznes mühitinin əhəmiyyətini qeyd edib.
Konfederasiya tərəfindən sanatoriyaların, istirahət mərkəzlərinin bərpası və yenidən qurulması istiqamətində görülən işləri yüksək qiymətləndirən Telman Əliyev “AHİK Plus” proqramı çərçivəsində əməkdaşlığın kluba daxil olan şirkətlər üçün də maraqlı olduğunu diqqətə çatdırıb.Görüşdə şirkət nümayəndələrinin təklifləri dinlənilib, sualları cavablandırılıb, əməkdaşlıq istiqamətləri müzakirə edilib.
Konfederasiya sədri Sahib Məmmədova klubun fəxri üzvlük sertifikatı təqdim olunub.
Sonra “Caspian Energy Club”un nümayəndələri “Kurort” Turizm İnformasiya Mərkəzində yollayışların verilməsi prosesində tətbiq edilən yeniliklərlə də tanış olublar.

AHİK-in “Buzovna” Fizioterapiya Mərkəzi fəaliyyətə başlayıb
“Caspian Energy Club” “4Business.Club” innovativ onlayn platformasını istifadəyə verib
“Caspian Energy Club” və Azərbaycan Nəqliyyat Ekspeditor şirkətləri Assosiasiyasının təşkilatçılığı ilə “CEO MeetUp Logistics&Trade” keçirilib
AHİK sədri qurumun Əmək və Sоsial Münasibətlər Akademiyasında tədrisin vəziyyəti ilə maraqlanıb
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “Ağbulaq” İstirahət Mərkəzinə baxış olub
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb