lider-media.az

Ədliyyə naziri Şəki şəhərində vətəndaşları qəbul edəcək

Baxış: 200 Tarix: 3-03-2025, 13:13

Ədliyyə naziri Fərid Əhmədov martın 14-də Şəki şəhərində Şəki, Oğuz, Qəbələ, Qax, Zaqatala və Balakən rayon sakinlərini qəbul edəcək.

Vətəndaşlar nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı 13 mart tarixinədək Şəki regional ədliyyə idarəsinə (ünvan: Şəki şəhəri, 20 Yanvar küçəsi 94, əlaqə telefonu: +994 24-244-43-19) müraciət edərək, habelə Ədliyyə Nazirliyinin +994 12-510-10-01 (daxili nömrə: 10941) nömrəli telefonu və [email protected] e-poçt ünvanı vasitəsilə qəbula yazıla bilərlər.

Həmçinin vətəndaşların Nazirliyin elektron xidmətlər portalı vasitəsilə də qəbula yazılmaq imkanları var.Qəbula gələn vətəndaşlardan əvvəlcədən qeydiyyatdan keçmələri və özləri ilə şəxsiyyət vəsiqəsini gətirmələri xahiş olunur.

Qəbula yazılan şəxslərə qəbulun keçiriləcəyi ünvan və saat barədə əvvəlcədən məlumat veriləcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi