lider-media.az

Ədliyyə naziri Şirvan şəhərində vətəndaşları qəbul edəcək

Baxış: 39 Tarix: 4-02-2025, 10:48

Ədliyyə Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, nazir Fərid Əhmədov 14 fevral 2025-ci il tarixində Şirvan şəhərində Şirvan, Hacıqabul, Sabirabad və Salyan rayon sakinlərini qəbul edəcək.

Vətəndaşlar Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı 13 fevral tarixinədək Şirvan regional ədliyyə idarəsinə (ünvan: Şirvan şəhəri, F.İsmayılov küçəsi 17, əlaqə telefonu: +994 21-215-60-23) müraciət edərək, habelə Ədliyyə Nazirliyinin +994 12-510-10-01 (daxili nömrə: 10941) nömrəli telefonu və [email protected] e-poçt ünvanı vasitəsilə qəbula yazıla bilərlər.

Həmçinin vətəndaşların Nazirliyin elektron xidmətlər portalı vasitəsilə də qəbula yazılmaq imkanları var.

Qəbula gələn vətəndaşlardan əvvəlcədən qeydiyyatdan keçmələri və özləri ilə şəxsiyyət vəsiqəsini gətirmələri xahiş olunur.

Qəbula yazılan şəxslərə qəbulun keçiriləcəyi ünvan və saat barədə əvvəlcədən məlumat veriləcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июль 2025    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi