lider-media.az

Ədliyyə naziri Göygöl rayonunda vətəndaşları qəbul edəcək

Baxış: 340 Tarix: 3-09-2024, 12:45

Ədliyyə naziri Göygöl rayonunda vətəndaşları qəbul edəcək

Ədliyyə naziri Fərid Əhmədov sentyabrın 26-da Göygöl rayonunda Göygöl, Daşkəsən, Samux, Goranboy, Naftalan və Xocalı sakinlərini qəbul edəcək.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, vətəndaşlar qurumun fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı sentyabrın 25-dək Gəncə regional ədliyyə idarəsinə (ünvan: Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi, 28 May küçəsi 52, əlaqə telefonu +994 22-254-45-15, +994 22-254-48-15) müraciət edərək, habelə Ədliyyə Nazirliyinin +994 12-510-10-01 (daxili nömrə: 2104) nömrəli telefonu və [email protected] e-poçt ünvanı vasitəsilə qəbula yazıla bilər.

Həmçinin vətəndaşların nazirliyin elektron xidmətlər portalı (https://exidmet.justice.gov.az:8284/Other/Reception) vasitəsilə də qəbula yazılmaq imkanı var.

Qəbula gələn vətəndaşlardan şəxsiyyət vəsiqəsini də təqdim etmələri xahiş olunur. Qəbula yazılan şəxslərə görüşün keçiriləcəyi ünvan və saat barədə əvvəlcədən məlumat veriləcək.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi