lider-media.az

Ədliyyə naziri Şamaxı rayonunda vətəndaşları qəbul edəcək

Baxış: 508 Tarix: 1-08-2024, 16:54

Ədliyyə naziri Şamaxı rayonunda vətəndaşları dinləyəcək

Ədliyyə naziri Fərid Əhmədov avqustun 19-da Şamaxı rayonunda Şamaxı, İsmayıllı, Qəbələ, Ağsu və Göyçay rayon sakinlərini qəbul edəcək. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, vətəndaşlar nazirliyin fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı avqustun 17-dək Göyçay regional ədliyyə idarəsinə (ünvan: Göyçay şəhəri, Heydər Əliyev prospekti 30, əlaqə telefonu +994 2027 4-30-41) müraciət edərək, habelə Ədliyyə Nazirliyinin 012-510-10-01 (daxili nömrə: 2104) nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə qəbula yazıla bilər.

Həmçinin vətəndaşların nazirliyin elektron xidmətlər portalı (https://exidmet.justice.gov.az:8284/Other/Reception) vasitəsilə də qəbula yazılmaq imkanı var.

Qəbula gələn vətəndaşlardan şəxsiyyət vəsiqəsini də təqdim etmələri xahiş olunur. Qəbula yazılan şəxslərə ünvan və saat barədə əvvəlcədən məlumat veriləcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi