Məzahir Rüstəmov 2 mart 1960-cı ildə Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açmışdı. 1977-ci ildə Nizami rayonundakı 32 saylı orta məktəbi əla qiymətlərlə bitirmiş, bir müddət Bakı Lampa Zavodunda fəhlə işləmişdir.
Məzahir 1978-ci ildə BDU-nun tarix fakültəsinin rus bölməsinə qəbul olunur. 1983-cü ildə təhsilini fərqlənmə diplomu ilə başa vurur. Həmin il Xətai rayonundakı 171 saylı orta məktəbə pioner baş dəstə rəhbəri göndərilir. Bir az işlədikdən sonra öz ərizəsi ilə işdən çıxır. 1986-cı ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun fəlsəfə kafedrasında baş laborant vəzifəsində çalışır. Məzahir Rüstəmov 1991-ci il martın 5-dən Dövlət Mətbuat Komitəsində kitab ticarəti və xarici iqtisadi əlaqələr şöbəsində aparıcı mütəxəssis kimi fəaliyyətə başlayır. Bir müddətdən sonra erməni quldurları Gədəbəyi və onun 28 kəndini aramsız atəşə tutdu. Döyüşlər Ermənistanın Krasnoselski və Berd rayonları ilə həmsərhəd olan Şınıx mahalı üçün də təhlükə yaradırdı. Hər zaman Ermənistan tərəfindən Şınıx kəndlərinə qarşı təxribatlar törədilirdi. Vətənpərvər Məzahir 1992-ci il martın 23-də könüllü olaraq Milli Orduya yazılıb Şınıxa gəlir və Şınıx bölgəsinin Düzrəsullu kəndində bölmə komandiri vəzifəsinə təyin olunur. Sonra isə rota komandirinin müavini işləyir. Məzahir sakit şəhər mühitindən od-alovun içinə düşmüşdü. Lakin çətinliklər onu qorxutmurdu. Öz rotası ilə faşist xislətli erməni əsgərlərinin başına od ələyirdi.

Mutudərə kəndi Krasnoselskidən gələn yolun kənarında yerləşirdi və strateji əhəmiyyətə malik idi. Bunu yaxşı bilən ermənilər ara vermədən kəndi atəşə tuturdular. Məzahir briqada komandiri, polkovnik Cahangir Rüstəmovun Mutudərənin müdafiəsini gücləndirmək barədə tapşırıqlarını dəqiq hərbi intizamla yerinə yetirirdi. Gədəbəyin ərazisində yerləşən, sonralar türk qanına susayan, qatı millətçi-şovinist Zori Balayanın Artvaşen (Qartal yuvası) kimi təqdim etdiyi Başkənd nəinki Gədəbəy, eyni zamanda digər həmsərhəd rayonlar üçün də təhlükə yaradırdı. Burada erməni quldurlarının böyük silahlı birləşmələri yerləşirdi. Düşmən yuvasının məhv edilməsi üçün Məzahirin rəhbərliyi ilə ciddi hazırlıq işləri görülürdü.
1992-ci il avqustun 6-da erməni daşnaklarının Mutudərə kəndinə hücumu Məzahirin son döyüşü oldu, ölüm-dirim savaşında sinəsi düşmən gülləsinə tuş gəldi. Son mənzili Bakı şəhərindəki Şəhidlər xiyabanı oldu.

Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Rüstəmov Məzahir İzzət oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.Oxuduğu 32 saylı məktəb, Əhmədli qəsəbəsindəki küçələrdən biri Məzahirin adını daşıyır. Yaşadığı binaya xatirə lövhəsi vurulmuşdur. Gədəbəy rayonunda Milli Qəhrəmanın tuncdan abidəsi ucaldılmışdır.


ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Xocalının Vətən Müharibəsi Şəhidləri
Milli Qəhrəmanlarımızın doğum günüdür
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
ULU ÖNDƏRİN MÜSTƏQİL AZƏRBAYCANIN QURTULUŞUNDA VƏ DÖVLƏTÇİLİK TARİXİNDƏ MÜSTƏSNA ROLU
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb