lider-media.az

Azərbaycan və Serbiya nümayəndələri arasında ekspert görüşü keçirilib

Baxış: 196 Tarix: 27-02-2025, 19:36

Azərbaycan və Serbiya Müdafiə nazirlikləri arasında 2025-ci il üçün imzalanmış ikitərəfli əməkdaşlıq planına əsasən, iki ölkə nümayəndələrinin iştirakı ilə “44 günlük Vətən müharibəsi və Lokal xarakterli antiterror əməliyyatları” mövzusunda ekspert görüşü keçirilib.
Görüşdə Serbiyadan olan nümayəndə heyətinə “Ərazi bütövlüyünə aparan yol - 44 günlük Vətən müharibəsi”, “Vətən müharibəsindən sonra Azərbaycan Ordusunda həyata keçirilən islahatlar”, “Müdafiə strategiyası” və “Suverenliyi bərpa etmək üçün antiterror tədbirləri” mövzularında brifinqlər təqdim olunub.
Ekspert görüşü zamanı hərbi əməkdaşlıq, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində qonaqlar Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olublar.
Burada təqdim olunan brifinqdə Serbiya nümayəndə heyətinə müasir standartlara uyğun avtomatlaşdırılmış idarəetmə sistemləri ilə təchiz edilmiş komanda məntəqəsinin tarixi, fəaliyyət istiqaməti, qarşıda duran məqsəd və vəzifələri barədə məlumatlar verilib. Qonaqları maraqlandıran suallar cavablandırılıb.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi