lider-media.az

Əlilliyi olan şəxslərə göstərilən reabilitasiya xidmətlərinin növləri 2018-ci ildən indiyədək 5 dəfədən çox artırılıb

Baxış: 133 Tarix: 25-02-2025, 12:01

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin müəssisələrində əlilliyi olan şəxslərə göstərilən reabilitasiya xidmətlərinin növləri 2018-ci ildən indiyədək 5 dəfədən çox artırılaraq 70-ə çatdırılıb.  Son illər aparılan sosial islahatların bir istiqaməti olaraq ölkədə müasir reabilitasiya sistemi qurulmaqla bərabər, reabilitasiya sahəsində qabaqcıl dünya təcrübəsinə və biopsixososial modelə əsaslanan yeni xidmətlərin tətbiqi də təmin edilib. 

Bu xidmətlərin sırası robotik reabilitasiya, alternativ reabilitasiya, ippoterapiya, yoqa, dance ability, səyyar, icma əsaslı, telereabilitasiya, onkoloji xəstələr üçün sosial-psixoloji dəstək, rehabus layihəsi  və s. ilə xeyli genişləndirilib. 

Xatırladaq ki, aparılan islahatlar nəticəsində reabilitasiya xidməti göstərilən əlilliyi olan şəxslərin illik sayı 2018-ci ilə nisbətən 10 dəfə artıb. Agentlik tərəfindən təkcə 2024-cü ildə 123 min nəfərdən çox əlilliyi olan şəxs 1 milyona yaxın reabilitasiya xidməti ilə təmin edilib. 

Əlilliyi olan şəxslərə göstərilən reabilitasiya xidmətlərinin növləri 2018-ci ildən indiyədək 5 dəfədən çox artırılıb
 



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi