lider-media.az

Rəcəb Tayyib Ərdoğan yenidən Ədalət və İnkişaf Partiyasının (AK Partiyası) sədri seçilib

Baxış: 217 Tarix: 23-02-2025, 18:13

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən hakim Ədalət və İnkişaf Partiyasının (AK partiya) sədri seçilib. Ankara İdman Salonunda keçirilən qurultayda 1607 nümayəndədən 1547-si səs verib.

Bütün nümayəndələrin səsini alan Ərdoğan yenidən partiya sədrliyi vəzifəsinə təsdiqlənib.

Ərdoğan qurultayda çıxış edərək, AK Partiyanın yeni dövr üçün birliyini və enerjisini yenilədiyini vurğulayıb. O, partiya strukturlarında aparılan dəyişikliklərə toxunub, yeni seçilən Mərkəzi İdarəetmə və Nəzarət orqanlarına uğurlar arzulayıb.

O, ölkə idarəçiliyində və xalq xidmətində daha güclü addımlarla irəliləyəcəklərini bildirib: “Bugündən etibarən partiya fəaliyyətimizdə, dövlət idarəçiliyində və xalqımıza xidmət sahəsində yeni ruh və güclə yolumuza davam edirik”, – deyə Ərdoğan qeyd edib.

Prezident çıxışında AK Partiyanın Türkiyə siyasətində əhəmiyyətli rol oynamağa davam edəcəyini və xalqın etimadını doğrultmaq üçün səylə çalışacaqlarını bildirib. “Bizə dayanmaq, tərəddüd etmək, geri çəkilmək yaraşmaz. Bu müqəddəs yolda yorulmaq və durğunluq olmaz”, – deyə vurğulayıb.

O, AK Partiyaya dəstək verən bütün partiya üzvlərinə və vətəndaşlara minnətdarlığını bildirib və ölkənin inkişafı naminə birlik və həmrəyliyin vacibliyini qeyd edib. Qurultay çərçivəsində AK Partiyanın 75 nəfərdən ibarət yeni Mərkəzi İdarəetmə və Nəzarət Şurası da müəyyən edilib.

Beləliklə, Ərdoğan yenidən AK Partiyanın sədri kimi fəaliyyətini davam etdirəcək və partiyanın gələcək strategiyalarını formalaşdıracaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi