Azərbaycan Mətbuat Şurasında keçirilən növbəti yubiley mərasimində milli jurnalistika məktəbimizin istedadlı və nüfuzlu yetirməsi, Əməkdar dövlət qulluqçusu İsrafil Qurbanovun anadan olmasının 75 illiyi həmkarları, dostları və doğmalarının əhatəsində sevgi-sayğı ilə ilə qeyd edildi.
Lider-meia.az "Xalq" qəzetinə istinadla xəbər verir ki, İsrafil Qurbanovu media ictimaiyyəti adından səmimi təbrik edən MŞ sədri Rəşad Məcid jurnalist peşəsini həmişə uca tutduğuna, dövlət qulluqçusu kimi çoxillik xidməti zamanı da ölkə mediası ilə sıx əlaqə saxladığına görə təltif edildiyi yubiley diplomunu İsrafil Qurbanova təqdim etdi. Şura rəhbəri yubilyarın zəngin və mənalı ömür yoluna nəzər salaraq onun uzun illər ali dövlət qurumlarında kargüzarlığın, informasiya-nəşriyyat fəaliyyətinin ana dilimizdə qurulmasında fəal iştirak etdiyini məmnunluqla qeyd etdi. O bildirdi ki, İsrafil Qurbanov rəsmi həyatın ölkə mediasında yüksək peşəkarlıqla əks olunması ilə bağlı fəaliyyətini bu sahədə yetirmələri örnək kimi qəbul ediblər.
Məclisin təşkilatçısı olan Ahıl Jurnalistlər Məclisinin sədri, “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu yubiliyarın bioqrafiyası barədə ətraflı məlumat verərək bildirdi ki, 1973-cü ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini yüksək təhsil uğurları ilə bitirmiş İsrafil Qurbanov orduda 2 illik zabit xidmətdən sonra peşə fəaliyyətinə Azərbaycan Jurnalistlər Birliyinin “Müxbir” bülletenində başlayıb. Azərbaycan və rus dillərində tarixi materiallarla sərbəst işləmək bacarığına görə həmkarımız Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutuna baş elmi işçi vəzifəsinə irəli çəkilib.
İstedadlı, məsuliyyətli və çalışqan jurnalist kimi həmkarımız 1981–1989-cu illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti aparatında böyük məsləhətçi vəzifəsində çalışarkən rəsmi materialların Azərbaycan dilində hazırlanmasına və nəşr edilməsinə layiqli töhfə verib. 1989–1991-ci illərdə Azərbaycan KP MK-da kargüzarlıq ana dilimizdə təşkil ediləndə İsrafil Qurbanov bu sahədə təcrübəli praktik dil mütəxəssisi kimi partiya aparatının ümumi şöbəsinə təlimatçı vəzifəsinə gətirilib. O, 1991-ci ildən başlayaraq yeni formalaşan Azərbaycan Respublikası Prezidenti Administrasiyasında məsləhətçi, sektor müdiri, 2007-ci ildən isə şöbə müdirinin müavini vəzifələrində nümunəvi xidmət göstərib.
Çoxillik səmərəli fəaliyyəti zamanı İsrafil müəllim Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanına, “Dövlət qulluğunda fərqlənməyə görə” və “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” medallarına, dövlət qulluğunda uzunmüddətli səmərəli xidmətinə görə 3-cü və 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenlərinə, “Əməkdar dövlət qulluqçusu” fəxri adına layiq görülüb.
Ahıl Jurnalistlər Məclisinin sədr müavini Əminə Yusifqızı, türkoloq-folklorşünas Əli Şamil, AMEA-nın Ədəbiyyat İnstitutunun redaktoru Maral Poladova, yubilyarın tələbəlik yoldaşlarından Əməkdar jurnalist Rəhim Hüseynzadə, Kinemotoqrafçılar İttifaqının redaktoru Akif Cabbarlı, jurnalistlər Əzizə Şamil, Elmira Qurbanova, Məsaim Abdullayev, Şərif Kərimli, Fuad Babayev, İmran Bədirxanlı, Şöhlət Abbas yubilyarın nüfuzlu jurnalist və dövlət qulluqçusu kimi yarım əsrlik fəaliyyətinin Vətənə xidmətin dəyərli nümunəsi olduğunu söylədilər.
Türkiyəli ədəbiyyatşünas Seyfəddin Altaylı, şərqşünas-diplomat Abbasəli Həsənov, diaspor fəalı Qənimət Səfərov, bioloq alim Mədət Qurbanov, iqtisadçı alim Ülvi Bayramov, həkim-cərrah Gəray Qurbanov, yubilyarın qızı Elnurə Qurbanova və başqaları İsrafil Qurbanovu fədakar vətəndaş və sadiq dost, qayğıkeş insan və gözəl ailə başçısı kimi səciyyələndirdilər.
Sonda çıxış edən İsrafil Qurbanov keçdiyi ömür yoluna və fəaliyyətinə verilən yüksək dəyərə görə MŞ rəhbərliyinə və məclis iştirakçılarına səmimi təşəkkürünü çatdırdı. O bildirdi ki, bundan sonra da doğma jurnalistika xidmətini davam etdirmək üçün həvəslə çalışacaq, yarımçıq qalmış mövzuları üzərində işləyəcək, yeni axtarışlar aparacaq.


Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
Prezident İlham Əliyev "Media haqqında" qanuna dəyişikliklərlə bağlı Fərman imzaladı
Prezidentin müsahibəsinin TAM MƏTNİ
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Bu gün Əməkdar dövlət qulluqçusu İsrafil Qurbanovun 75 yaşı tamam olur
İstanbul 2027-ci ildə İspaniya futbolunun zirvə yarışına ev sahibliyi edəcək
Əməyin dəyəri bərabərdirsə, haqqı da bərabər olmalıdır
Günün fotosu
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
F.F.Mustafayevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər
Qubada dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində müasir aqrar texnologiyalar təqdim edilib
Bakıda 4 nəfər son anda ölümdən döndü
V Şəki Beynəlxalq Teatr Festivalı oktyabrın 1-də start götürəcək
“Həzi Aslanov” stansiyasının dalanında əsaslı yenidənqurma işləri yekunlaşmaq üzrədir
Sentyabrın 18-də gözlənilən hava şəraiti
İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib
Formula 1 altı ildən sonra İstanbula qayıdır
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına
Sentyabrın 17-si saat 9:00-a olan faktiki hava
Ü.Z.Quliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Sentyabrın 17-də gözlənilən hava şəraiti

Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb
97 yaşında təyyarə qanadında uçdu -
ABŞ alimlərindən gen mühəndisliyi sahəsində mühüm elmi nailiyyət
Yeni araşdırma: Sürətlənmiş bioloji qocalma gənclərdə xərçəng riskinin artması ilə əlaqəli ola bilər
Həddindən artıq məsuliyyət hissi: görünməyən psixoloji yük
“Gen redaktəsi” xolesterini yox edəcəkmi?