İsrafil Qurbanov – 75
Azərbaycan peşəkar jurnalistika məktəbi mediamızla yanaşı, ictimai həyatın digər sahələrinə, eləcə də dövlət idarəçiliyinə layiqli yetirmələr verib. Belə soydaşlarımızın peşə bacarığı və işgüzarlığı milli-mənəvi dəyərlərimizin qorunması və zənginləşdirilməsi ilə bağlı fəaliyyət sahələrində yeni bir keyfiyyətə çevrilərək yaranmış tələbatı cavablandırıb.
Gündəlik fəaliyyətində ədəbi dilimizdən ən yüksək tələblərə uyğun istifadə edən jurnalistlərin xalq hərəkatı dövründə və müstəqilliyimizin ilk illərində xalqımızın ana dilinin dövlət dili statusunun gerçəkləşdirilməsində xidmətləri bu gün məmnunluq və minnətdarlıqla yad edilir. Sovet dövründə müxtəlif üslublu tərcümə materiallarının doğma dilimizdə aydın və səlis səslənməsində də peşəkar jurnalistlərin fəaliyyəti xüsusi bir dəyər kimi diqqəti cəlb edir. Belə həmkarlarımızdan biri də Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin 1973-cü il məzunu İsrafil Qurbanovdur.
İsrafil Mirzəhməd oğlu Qurbanov 1950-ci ilin 22 fevralında Quba rayonunun Xanəgah kəndində dünyaya öz açıb. İlk təhsilini doğulduğu kənddəki səkkizillik məktəbdə alan soydaşımız Xaçmaz şəhərindəki fəhlə-gənclər orta məktəbini bitirdikdən sonra 1968-ci ildə BDU-nun jurnalistika fakültəsinə daxil olub.
1975-ci ildə orduda 2 illik zabit xidmətindən sonra jurnalist fəaliyyətinə Azərbaycan Jurnalistlər İttifaqının “Müxbir” bülletenində başlayan İsrafil Qurbanov rus – Azərbaycan dillərində tarixi materiallarla sərbəst işləmək bacarığına görə Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutuna baş elmi işçi vəzifəsinə aparılıb. Onun bu bacarığı ölkə parlamentində Azərbaycan dilindən istifadənin genişləndiyi bir dövrdə rəhbər dairələrdə də diqqəti cəlb edib. Beləliklə, peşəkar jurnalistika məktəbində püxtələşən, ana dilimizin təəssübünü qeyrətlə çəkən həmkarımız 1981–1987-ci illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti aparatında böyük məsləhətçi kimi rəsmi materialların Azərbaycan dilində hazırlanıb nəşr edilməsində fədakarlıqla çalışıb.
1989–1991-ci illərdə Azərbaycan KP MK-da kargüzarlıq ana dilimizdə təşkil ediləndə İsrafil Qurbanov bu sahədə təçrübəli praktik dil mütəxəssisi kimi partiya aparatında təlimatçı vəzifələrinə gətirilib. Ölkəmizdə ali partiya idarəçiliyinin bazasında prezident idarəçiliyinə keçiləndə isə o, fəaliyyətini aparatın ümumi şöbəsində davam etdirib. Çoxlarının kənardan ciddi bir məmur kimi gördüyü və tanıdığı İsrafil müəllim vətənpərvər və yaradıcı mütəxəssis kimi daim ali idarəçilik qurumunda Azərbaycan dilinin keşiyində dayanıb, bu fəaliyyəti ilə milli mediamıza da davamlı xidmət göstərib.
Azərbaycanın tanınmış folklorşünası və publisisti İsrafil Qurbanovun ölkəmizdə ictimai-siyasi terminologiyanın təkmilləşdirilməsində və düzgün tətbiqində də xidmətləri qədərincədir.
Dövlət qulluqçusu kimi İsrafil Qurbanov 1991-ci ildən Azərbaycan Respublikası Prezidenti Admisitrasiyasında məsləhətçi, sektor müdiri və 2007-cı ildən isə Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi müdirinin müavini vəzifələrində çalışıb. Bu dövrdə o bacarığı və peşəkarlığı ilə aparatda nümunəvi işçi olub.
İsrafil Qurbanovun xidmətləri müxtəlif dövlət təltiflərinə layiq görülüb. O, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanına, “Dövlət qulluğunda fərqlənməyə görə” və “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” medallarına, dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə 3-cü və 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenlərinə, “Əməkdar dövlət qulluqçusu” fəxri adına layiq görülüb.
İsrafil Qurbanov Azərbaycan Respublikası Prezidenti Administrasiyasının müavini kimi ölkə Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq dövlət qurumlarında vətəndaşların müraciətlərinə baxılması işini yaxşılaşdırmaq üçün həyata keçirilən tədbirlərdə yaxından iştirak etməklə öz təcrübəsini onunla çalışan gənclərə həvəslə öyrədib.
Təqaüddə olan dövlət qulluqçusu kimi son illərdə yenidən jurnalist dostlarının yaxın çevrəsində olan, peşəkar fəaliyyətini Müəllif Hüquqları Agentliyində davam etdirən İsrafil Qurbanovun zəngin və mənalı bioqrafiyası yetirməsi olduğu media ictimaiyyətinə başucalığı və öyünc gətirib. O bir jurnalist kimi heç vaxt həmkarları ilə əlaqələrini kəsməyib, mətbuatda maraqlı, aktual yazılarla çıxış edib.
Bu gün 75 illik yubileyini Vətənə layiqli xidmət timsalı kimi qeyd etdiyimiz İsrafil müəllimi səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı və yeni uğurlar arzulayırıq.
Lider-media.az.


ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
Vüqar Rəhimzadə: Vətənini sevən hər kəs ana dilini sevməli və onun inkişaf etdirilməsinə öz töhfəsini verməlidir
Diplomatik xidmət haqqında Azərbaycan Respublikasının Qanunu
DƏYƏRLİ BİR ÖMRÜN HƏYAT HEKAYƏSİ
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb