lider-media.az

Azərbaycanın iki gimnastı Dünya Kubokunun finalına vəsiqə qazanıb

Baxış: 1 393 Tarix: 22-02-2025, 17:29

Azərbaycanın iki gimnastı Dünya Kubokunun finalına vəsiqə qazanıb


Tamblinq üzrə Azərbaycan millisinin iki üzvü Bakıda keçirilən Dünya Kubokunda finala yüksəlib.

Lider-media.az xəbər verir ki, kişilərin yarışında Adil Hacızadə 55.500 xalla bütün rəqiblərini qabaqlayaraq birinci yeri tutub.

Yığmanın digər üzvü Tofiq Əliyev isə 14 idmançı arasında 53.700 xalla ikinci olub.

Bu növdə ən çox xal toplayan ilk 8 idmançı həlledici mərhələyə vəsiqə qazanıb.

Tamblinq üzrə final mərhələsinin yarışları fevralın 23-də keçiriləcək.

Qeyd edək ki, Dünya Kubokunda 15 ölkədən idmançılar medallar uğrunda mübarizə aparırlar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi