lider-media.az

Dövlət başçısının təltif etdiyi Nazirlik əməkdaşlarına vəsiqə və medallar təqdim olunub

Baxış: 157 Tarix: 16-01-2025, 16:16

Prezident İlham Əliyevin 27 dekabr 2024-cü il tarixli Sərəncamı ilə sosial müdafiə sahəsinin inkişafında səmərəli fəaliyyətinə görə “Tərəqqi” və “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 12 əməkdaşına vəsiqə və medallar təqdim olunub.

Əməkdaşlarla görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev təltif olunmuş Nazirlik əməkdaşları adından göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib. 

 S.Babayev sosial islahatlar prosesində səmərəli fəaliyyəti ilə fərqlənən əməkdaşların əməyinin dövlət başçısı tərəfindən yüksək dəyərləndirildiyini, 2018-2024-cü illər ərzində ölkə Prezidenti tərəfindən Nazirliyin 147 əməkdaşının dövlət təltiflərinə layiq görüldüyünü bildirib. 

Nazir əməkdaşları təbrik edərək onlara yeni nailiyyətlər arzu edib. Görüşdə Nazirlik sistemində kadr siyasəti və insan resurslarının idarə edilməsi sahəsində görülən işlərə dair məlumat verilib. 

Sonra vəsiqələr və medallar təqdim edilib. 

Dövlət təltifinə layiq görülmüş əməkdaşlar dövlətimizin başçısına onların fəaliyyətinə verdiyi yüksək qiymətə görə minnətdarlıqlarını ifadə edib, göstərilən diqqət və qayğıya, etimada uyğun olaraq bundan sonra da sosial müdafiə sisteminin inkişafı proseslərinə töhfə vermək əzmilə səylə çalışacaqlarını vurğulayıblar. 

OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi