lider-media.az

Taleh Qaraşov növbəti səyyar görüşünü Şağlaser, Cil və Xarxatan kəndlərinin sakinləri ilə keçirib

Baxış: 178 Tarix: 21-02-2025, 10:37

 Fevralın 19-datəqvim planına uyğun olaraq Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov növbəti səyyar görüş-qəbulunu Şağlaser kənd inzibati ərazi dairəsinin sakinləri ilə keçirib. Görüşdə icra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, yerli idarə və müəssisələrin nümayəndələri iştirak ediblər.

 Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov bildirib ki, yerlərdə insanlarla birbaşa, açıq dialoqun qurulması, vətəndaşların qayğı və problemlərinin dinlənilməsi məqsədinə xidmət edən səyyar görüşlər dövlət başçısının xüsusi tapşırığı əsasında keçirilir. Onun sözlərinə görə, dövlətin siyasi xəttinin mərkəzində insan amilinin dayanması vətəndaş-məmur münasibətlərində yeni düşüncə tərzinin, qarşılıqlı açıq dialoq mühitinin formalaşması, dövlət qulluğunun xalqa xidmət mənasını ifadə etməsi zərurətini yaradır.

 İcra başçısı daha sonra ötən səyyar qəbulda qaldırılan məsələlərin həlli vəziyyətilə bağlı sakinlərə məlumat verib. Vətəndaş müraciətlərinə baxılmasında şəffaflığın və nəzarətin gücləndirilməsinin xüsusi önəm kəsb etdiyini vurğulayan Taleh Qaraşov qeyd edib ki, insanları narahat edən heç bir məsələyə biganə qalınmayacaq və qaldırılan məsələlərin həlli ilə bağlı vətəndaşlara qanunamüvafiq müddətdə cavablar veriləcək.

 Qarşılıqlı dialoq formatında keçən görüşdə yerli insanlar fikirlərini və onları narahat edən məsələləri sərbəst, könüllü və birbaşa ifadə ediblər. Şağlaser, Cil və Xarxatan kəndlərinin sakinləri vətəndaşla dövlət məmuru arasındakı birbaşa dialoq mühitinin inkişafına, onların qayğı və problemlərinin həllinə yönəlik çevik addımların atılmasına, qaldırılan məsələlərə operativ və obyektiv yanaşmanın ortaya qoyulmasına görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya səmimi təşəkkürlərini bildiriblər.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi