lider-media.az

Yol polisindən xəbərdarlıq 

Baxış: 444 Tarix: 18-02-2025, 19:12

Yol polisi xəbərdarlıq etdiBaş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yollarda sürüşmə ehtimalının artması ilə bağlı xəbərdarlıq edib.Ökə ərazisində yağmurlu hava şəraitinin yollarda qəza riskini artırdığı bildirilib."Xüsusilə çiskinli havalarda toz-qum, eləcə də avtomobil şinlərindən ayrılan xırda hissəciklər su ilə qarışaraq asfalt üzərində nazik təbəqə formalaşdırır ki, bu da əsasən səhər və axşam saatlarında sürüşmə ehtimalını dəfələrlə artırır. Həmçinin, unutmaq olmaz ki, su gölməçələri də şinlərin yerlə təmasını azaldır ki, bu da sürətlə hərəkət edən avtomobilin istiqamətini qəflətən dəyişə bilər", - xəbərdarlıqda qeyd olunub.

Vurğulanıb ki, BDYPİ dumanlı, çiskinli havalarda görmə məsafəsinin əhəmiyyətli dərəcədə məhdudlaşmasını da nəzərə alaraq, bir daha sürücülərdən sürət həddini minimuma endirməyi, ara məsafəsini normadan artıq saxlamağı, avtomobilin şüşəsilənlərinin, işıq cihazlarının saz vəziyyətdə olmasına nəzarət etməyi, yağış sularının yaratdığı gölməçələrdən keçərkən ehtiyatlı olmağı, ətrafdakı insanları nəzərə almağı xahiş edir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi