lider-media.az

"Azərpoçt" və Milli Depozit Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb

Baxış: 291 Tarix: 3-04-2024, 15:06

Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi (MDM) və “Azərpoçt” MMC arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

“Azərpoçt”dan bildirilib ki, memorandumun imzalanması ilə tərəflər poçt və maliyyə xidmətlərinin, o cümlədən yığımların təşkili, MDM tərəfindən göstərilən xidmətlərin regionlarda təşkilinə dəstək, regionların sosial inkişafı çərçivəsində birgə layihələrin icrası və məlumat mübadiləsi sahələrində əməkdaşlığı nəzərdə tuturlar.

Qurulan əməkdaşlıq sayəsində MDM-dən xidmət alan fiziki və hüquqi şəxslərin işləri daha da asanlaşacaq. Belə ki, “Azərpoçt”un ölkə boyu yerləşən poçt şöbələri vasitəsilə MDM müştəriləri yerindəcə maliyyə əməliyyatlarını apara biləcəklər. Müştərilərə xidmətlərin daha yaxşı şəkildə göstərilməsi üçün yaxın gələcəkdə tərəflərin əməkdaşlarına qiymətli kağızlar üzrə təlimlərin keçirilməsi də planlaşdırılıb.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi