lider-media.az

“QS Stars” reytinq qiymətləndirməsinin ilk nəticələri

Baxış: 236 Tarix: 17-02-2025, 13:49

“Quacquarelli Symonds” (QS) beynəlxalq reytinq təşkilatı tərəfindən Azərbaycan ali təhsil müəssisələri üzrə “QS Stars” reytinq qiymətləndirməsinin ilk nəticələri elan olunub.

Belə ki, qiymətləndirmənin yekunlaşdığı Bakı Dövlət Universitetinin ümumi fəaliyyəti 5 ulduz (“mükəmməl”) ilə qiymətləndirilib. Ümumilikdə 9 fərqli kateqoriya üzrə fəaliyyəti dəyərləndirilən Bakı Dövlət Universiteti 7 kateqoriya üzrə 5 ulduz (“mükəmməl”) əldə edib.Qeyd edək ki, “QS Stars” ali təhsil müəssisələrinin müxtəlif istiqamətlərdə fəaliyyətini qiymətləndirən beynəlxalq reytinq sistemidir. Sözügedən sistem universitetlərin güclü və inkişaf etdirilməli sahələrini müəyyən etməyə dəstək olmaqla onların qlobal səviyyədə tanınmasına töhfə verir.

Bu uğurlu nəticəyə görə Bakı Dövlət Universitetini təbrik edir, “QS Stars” qiymətləndirməsi davam edən digər ali təhsil müəssisələrinə uğurlar arzu edirik.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi