lider-media.az

“OBA” təltif olunub

Baxış: 793 Tarix: 14-02-2025, 18:10

oba-teltif-olundu

İqtisadiyyat Nazirliyində “Vergi xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” mövzusunda Forum təşkil olunub. 

Tədbirdə İqtisadiyyat Nazirliyinin və Dövlət Vergi Xidmətinin rəhbərliyi, dövlət qurumlarının nümayəndələri, millət vəkilləri, sahibkarların ictimai birliklərinin təmsilçiləri, ekspertlər, iş adamları iştirak ediblər. Forumda “OBA Market” MMC “Ticarət sahəsi üzrə məşğulluğun inkişafına töhfə verən” nominasiyası üzrə təltif olunub. “OBA” marketlər şəbəkəsinin İdarə Heyətinin sədri Natəvan İbrahimova bu cür mükafat və təltiflərin qeyd olunan məşğulluğa dəstək yönündə addımların daha da artırılmasına xidmət etdiyini və bu sahəyə verilən töhfənin bu cür yüksək dəyərləndirilməsinin qürur hissi yaşatdığını qeyd edib.

“OBA” marketlər şəbəkəsi olaraq daima məşğulluğa dəstək, kadrların inkişafı, özəllikliklə də regionlarda bu sahədə yüksək irəliləyişin olması fəaliyyətimizin prioritet istiqamətlərindəndir. Ötən il ərzində “OBA” olaraq 2 minə  insanın işlə təmin olunması məşğulluğa verdiyimiz töhfənin bariz nümunəsidir.

Təltifnaməni “OBA” marketlər şəbəkəsinin İdarə Heyətinin sədri Natəvan İbrahimovaya İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli təqdim edib.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi