lider-media.az

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna dəyişikliklər birinci oxunuşda təsdiqlənib

Baxış: 147 Tarix: 14-02-2025, 13:47

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda dəyişikliklər ediləcək.Bununla bağlı qanun layihəsi Milli Məclisin fevralın 14-də keçirilən iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna 49.5-ci maddə əlavə edilir. Həmin maddəyə görə, bu Qanunun tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qurum tərəfindən tətbiq olunan cərimələrdən toplanan vəsaitin 50 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumda xidmət keçən hərbi qulluqçuların aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün həmin qurumun hesabına köçürülür. Bu vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyən edilir.

Sənədə əlavə edilən qeyd hissəsinə əsasən, bu Qanunun 49.5-ci maddəsində "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tətbiq edilən cərimələr" dedikdə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən baxılan və həmin orqan tərəfindən inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən və ya inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilən inzibati xətalar haqqında işlər üzrə tətbiq edilən cərimələr başa düşülür.

Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda təsdiqlənib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi