Mövcud M3 Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi magistral avtomobil yolunun Yenikənd-Biləsuvar (32-ci kilometrdən 103-cü kilometrədək) hissəsinin əsaslı şəkildə yenidən qurulması yekunlaşıb.
2-ci texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolun uzunluğu 71 km təşkil edir.
Avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla torpaq yatağının eni 15 metr, hərəkət hissə isə 7.5 metrdir.
Layihə çərçivəsində torpaq işləri, yol yatağı və yol əsasının inşası, daha sonra lazımi qalınlıqda yeni asfalt-beton örtüyünün döşənməsi yerinə yetirilib. Ardınca yol avadanlıqlarının və yol nişanlarının quraşdırılması işləri aparılıb.
Yenidənqurma zamanı marşrut üzrə bütün süni qurğular və suötürücü boruların tikintisi də icra olunub. Belə ki, yolboyu suların yolun altından ötürülməsini təmin etmək məqsədilə müxtəlif diametlərə malik dairəvi və düzbucaqlı suötürücü borular inşa edilib. Layihə üzrə ümumi uzunluqları 338.6 metr təşkil edən 7 körpünün inşası da yekunlaşıb.
Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, tərtib olunmuş qrafiklə və yüksək keyfiyyətlə aparılıb.
Aparılan yenidənqurma işləri vətəndaşların hərəkətinin təhlükəsizliyinə zəmin yaratmaqla yanaşı, yolboyu rahat gediş-gəlişi təmin edəcək, yük və sərnişin daşımasını asanlaşdıracaq.
YOLUNUZ AÇIQ OLSUN...









İşğaldan azad edilmiş ərazilərdə 3 382,6 km avtomobil yolu inşa edilir MƏLUMAT/VİDEO
Ələt-Astara magistralının Yenikənd-Biləsuvar hissəsinin yenidən qurulması yekunlaşmaq üzrədir VİDEO/FOTO
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Əhmədbəyli-Füzuli-Şuşa yolunun beynəlxalq normalara uyğun tikintisi yekunlaşır VİDEO/FOTO
Azərbaycan və Rusiya prezidentlərinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü keçirilib
AZAL bu ay Naxçıvana 47 mindən çox sərnişin daşıyıb
Samir Nuriyev “Dəmirli” Filiz Emalı Kompleksində
17 iyun Ümumdünya Səhralaşma və Quraqlıqla Mübarizə Günüdür
Çağırışçıların yekun tibbi müayinələri hansı kateqoriyalar üzrə aparılır?
OPEC Beynəlxalq İnkişaf Fondunun prezidenti ilə görüş keçirilib
Köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə çatıb
Azərbaycan Respublikasının səhiyyə işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Dövlət Turizm Agentliyində “İnsan hüquqları” mövzusunda tədbir keçirilib
Məhəmməd Süleyman Əl-Casirin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Samir Nuriyev Xocalı və Ağdərədə
Türkiyənin ən gözəl kəndləri: Zamanın sanki dayandığı məkanlar
MEDİA-da İƏT-in Xəbər Agentlikləri Birliyinin baş direktoru ilə ikitərəfli görüş keçirilib
Tacikistanın iqtisadi inkişaf və ticarət naziri ilə görüş keçirilib
İyunun 18-də gözlənilən hava şəraiti
Əlilliyi olan uşaqlar üçün növbəti hippoterapiya tədbirləri təşkil olunub
Yer kürəsi təhlükəli həddə yaxınlaşır: 1,5 dərəcəlik sərhəd aşılır
Prezident İlham Əliyev ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul edib

Alimlərdən gözlənilməz araşdırma: Şəkərdən tam imtina sağlamlıq üçün risk yarada bilər
Alimlərdən xəbərdarlıq: Şəkərli içkilər qaraciyər xərçəngi riskini artırır
Unikal araşdırma: Zəfəran qadınların psixoemosional vəziyyətinə və özünəinamına müsbət təsir edir
Güc məşqləri sağlam və uzun ömrün açarlarından biridir
Alimlərin qorxulu iddiası: Bu bəzək bitkisi ilanlara sığınacaq yaradırmış