lider-media.az

Azərbaycan nümayəndələri BTİ-nin Regional Forumunda iştirak ediblər

Tarix: 1-04-2024, 19:19

Qazaxıstanın Astana şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) tərəfindən MDB regionunda inkişafla bağlı Regional Forum keçirilib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, forumda BTİ-nin üzv dövlətləri, sektor üzvləri, tərəfdaşlar və digər maraqlı tərəflər arasında regionda texnoloji inkişaf, rəqəmsal transformasiya, süni intellekt və digər müasir həllər üzrə mövcud vəziyyət və görüləcək tədbirlər müzakirə olunub. Həmçinin Ruandanın Kiqali şəhərində keçirilən Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransında qəbul edilmiş təşəbbüslər üzrə regional, eləcə də ölkə prioritetlərindən danışılıb.

Müzakirələrin əsas məqsədi regional təşəbbüslər də daxil olmaqla, Kiqali Fəaliyyət Planında göstərilən prioritetlərə uyğun olaraq, səmərəli layihələrin həyata keçirilməsinə səbəb olacaq vədləri konkret öhdəliklərə çevirməkdir.

Forumda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndələri də iştirak ediblər. Belə ki, inkişafla bağlı müxtəlif mövzularda keçirilmiş dəyirmi masalarda Azərbaycanda görülən işlər barədə məruzələr edilib və perspektiv inkişafla bağlı BTİ ilə mövcud və gələcək əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi