lider-media.az

Baş Prokurorluğun əməkdaşı BMT tərəfindən təşkil olunan tədbirdə iştirak edib

Baxış: 881 Tarix: 1-04-2024, 18:08

 Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq İdarəsi Cinayətlərin qarşısının alınması və cinayət ədaləti bölməsi tərəfindən 25-28 mart 2024-cü il tarixlərində Avstriyanın paytaxtı Vyanada təkrar cinayətlərin azaldılması üzrə model strategiyaların hazırlanması üzrə açıq hökumətlərarası Ekspert Qrupunun iclası keçirilib.

  İclasda Azərbaycan Respublikasının Baş Prokurorluğunu Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru Elşad Ağayev təmsil edib.

  Tədbirdə Ekspert Qrupu tərəfindən vurğulanıb ki, təkrar cinayətlərin azaldılmasına dair model strategiyalar layihəsində yer alan mühüm elementlər üzrə razılığın əldə edilməsi və əlavə mübadilələr tələb edilən sahələrlə bağlı nəzərəçarpacaq irəliləyişlər əldə edilib.

  İclas zamanı edilən çıxışlar, aparılan müzakirələr nəticəsində səslənmiş fikir və iradları özündə əks etdirən təkrar cinayətlərin azaldılması üzrə yenidən işlənmiş model strategiyalar layihəsinin hazırlanmasına dair razılıq əldə olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi